Accessibility links

Taliban Əfqanıstanda təhlükəsizlik məntəqələrinə hücum edib


Əfqanıstanın şimal Sar-e Pol vilayətində Taliban yaraqlıları təhlükəsizlik məntəqələrinə hücum edərək, bir neçə əməkdaşı qətlə yetirib.

Vilayətin Sayyad bölgəsində yanvarın 1-də törədilmiş hücumların birində dörd əməkdaş öldürülüb. Yerli polis rəisi Xəlil Xan da öldürülənlər sırasındadır.

Dpa agentliyi yerli rəsmiyə istinadla yazır ki, Əfqanıstanın kəşfiyyat agentliyinin vilayət üzrə yüksək rütbəli rəsmisi və bir ordu şirkətinin komandiri də öldürülüb. İki təhlükəsizlik postuna hücumda ümumilikdə 23 təhlükəsizlik əməkdaşının öldürüldüyü xəbər verilir.

Sayyadda döyüşlər bir neçə saat çəkib.

AP agentliyi Talibanın sözçüsü Qari Yusif Əhmədiyə istinadla qruplaşmanın hər iki hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirir.

Bu yaxınlarda Amerikanın qüvvələrini Əfqanıstan çıxarmaq qərarı narahatlıqlara səbəb olub.

Təxminən 7,000 ABŞ əsgəri yanvar ayında evə qayıtmağa başlayacaq, qalanları isə növbəti aylarda mərhələli şəkildə qayıdacaqlar.

Hazırda Amerikanın 14 mindən çox əsgəri Əfqanıstandadır. Bundan əlavə NATO müttəfiqlərinin 8 min əsgəri o ölkədə xidmət göstərir.

XS
SM
MD
LG