Accessibility links

Taliban ABŞ-ın mayın 1-dək qoşunlarını geri çəkməsini gözləyir


Suhail Şahin

Taliban cümə günü Vaşinqtona Amerika və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına tətbiq olunan son möhlət tarixini keçməmək barədə xəbərdarlıq edib və əks halda cavab tədbiri görəcəyini vəd edib ki, buna qiyamçı qrupun hücumlarını artırması daxildir.

Taliban xəbərdarlığını Moskvada keçirilən mətbuat konfransında, Əfqanıstanda onillərdir davam edən müharibəyə son qoyacaq dalana dirənmiş sülh prosesini yenidən başlatmaq məqsədilə Əfqanıstan hökumətinin yüksək səviyyəli vasitəçiləri və beynəxalq müşahidəçilərlə görüşündən bir gün sonra edib.

Prezident Co Baydenin administrasiyası “Talibanın Tramp administrasiyası ilə imzaladığı razılığı nəzərdən keçirdiyini bildirir. Bayden çərşənbə günü ABC-yə verdiyi müsahibədə deyib ki, mayın 1-nə təyin olunan son möhlət tarixi “mümkün ola bilər, amma bu, çətindir”. O əlavə edib ki, bu tarix təxirə salınsa da, “çox uzun müddət” təxirə salınmayacaq.

“Onlar getməlidirlər,” Talibanın vasitəçi komandasının üzvü Suhail Şahin müxbirlərə bildirib və xəbərdarlıq edib ki, qoşunların mayın 1-dən sonra ölkədə qalması razılığı pozacaq. “Ondan sonra razılıq bir növ pozulmuş olacaq. Və bu bizim tərəfdən olmayacaq. Onların razılığı pozmasına reaksiya olacaq,” o əlavə edib.

Şahin reaksiyanın nə olacağına dair ətraflı məlumat verməyib, amma Taliban 2020-ci ilin fevral ayında imzaladığı razılığa əsasən, ABŞ və NATO qüvvələrinə hücum etməyib, baxmayaraq ki, son aylarda heç kəsin məsuliyyətini üzərinə almadığı bomba hücumların sayı artıb.

“Biz ümid edirik ki, bu baş verməyəcək, onlar geri çəkiləcəklər və biz Əfqanıstan üçün siyasi yol xəritəsi əldə etmək yolunda daimi və hərtərəfli atəşkəs əldə etmək üçün diqqətimizi Əfqanıstan məsələsinin dinc həlli üzərində cəmləşdirəcəyik,” Şahid deyib.

O həmçinin Talibanın İslam hökuməti tələbinin qəti olduğunu bird aha vurğulayıb. Şahin İslam hökumətinin nə cür olacağını və ya bunun qızlara təhsilini qadağan edən, qadınlara işləməyə icaz verməyən və sərt cəzalar tətbiq edən repressive qaydaları bərpa etmək anlamına gəlib-gəlmədiyini söyləməyib.

Şahin həmçinin Talibanın seçkiləri qəbul edib-etməyəcəyini də deməyib, amma hökumət Prezident Əşrəf Qaninin hökumətinin onların İslam hökuməti anlayışına uyğun gəlmədiyini vurğulayıb.

Taliban daha öncəki bəyanatlarında onların İslam hökuməti təssəvüründə qızlara məktəbə getməyə, qadınlara isə işləməyə və ictimai həyatın bir hissəsi olmağa icazə verilir. Lakin onlar hər dəfə İslam qanunlarına əməl etməyin vacibliyi vurğulayıblar.

Onlar qadın prezident qəbul etməyəcəklərini, qadınların hakim ola biləcəyini amma baş hakim vəzifəsinə təyin oluna bilməyəcəyini bildirib.

Georgetown Qadın, Sülh və Təhlükəsizlik İnstitutu isə bildirir ki, Taliban hakimiyyətdə olmasa belə, Əfqanıstan 2020-ci ildə qadınlar üçün ən pis yerlərdən biri olub.

XS
SM
MD
LG