Accessibility links

Taliban ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması fonunda mövcudluğunu genişləndirir


Taliban ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması fonunda mövcudluğunu genişləndirir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması prosesi davam etdiyi vaxt Talibanın üstünlük təşkil etdiyi əraziləri genişləndirməsi ilə ölkədə zorakılıqların artmasına dair narahatlıqlar mövcuddur. Əfqanıstan prezidenti Əşrəf Qani cümə günü Vaşinqtonda ABŞ prezidenti Co Bayden ilə görüşür.

Taliban qüvvələri Əfqanıstanın Tacikistanla sərhəd yaxınlığında Şimali Kunduz vilayətinin nəzarətini ələ keçirib.

"Kunduzda vəziyyət çox pisdir. Təhlükəsiz deyil. Xəstəxanada çox sayda yaralı var," Zaa Xayil sakini Əbdül Rəhim deyir.

ABŞ əsgərlərini sentyabdra qoyulmuş tarixə qədər çıxardıqca Taliban irəliləyir. Qrupun silahlıları bu günə qədər 60 bölgəni ələ keçirib.

Məsələ bu həftə BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilib.

BMT Baş katibinin xüsusi nümayəndəsi Debora Lions: “Tutulan ərazilərin əksəriyyəti əyalət mərkəzlərini əhatə edir və bu, Talibanın xarici qüvvələrin tamamilə çıxarılmasından sonra bu paytaxtları ələ keçirməyə çalışmaq üçün mövqe tutduğunu göstərir.”

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh Amerikanın Səsinə verdiyi eksklüziv müsahibədə Talibanın ABŞ qüvvələrinin mövcud olmadığı şəraitdə özünə inam qazandığını deyib.

“Onlarda xariciləri məğlub etdiklərinə dair bu saxta inam var və indi məsələ Əfqanıstan qüvvələrini məğlub etməkdən ibarətdir,” o bildirib.

ABŞ üçün əsas məsələ Talibanı danışıqlar masasına gətirməkdir. Prezident Co Baydenin cümə günü Əfqanıstan Prezidenti Əşrəf Qani və Milli Barışıq naminə Ali Şuranın sədri Abdullah Abdullah ilə görüşünün gündəmdə bu məsələ olacaq.

Ağ Evin mətbuat katibi Cen Psaki onların müzakirə edəcəyi məsələləri qeyd edib: “... Əfqanıstanın bir daha heç vaxt ABŞ-a təhlükə təşkil edən terror qrupları üçün sığınacağa çevrilməməsi, ABŞ-ın sadiq qaldığı kimi humanitar yardımın, başqa yardımın göstərilməsinə davam etmək üçün necə birlikdə çalışa biləcəyimiz.”

ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Ronald Nyuman cümə görüşün simvolik xarakter daşıdığını desə də, bunun eyni zamanda daha böyük əhəmiyyəti olduğunu qeyd edib.

“Bu dəvət Amerikanın Əfqanıstanla əlaqədə qalmaq və hərbi qüvvələrin ölkəni tərk etməsinə baxmayaraq, Əfqanıstana kömək etməyə davam etməkdə qətiyyətli olduğunun simvoludur. Həm Abdullah, həm də Prezident Qaninin bir araya gəlməsi vacibdir. Hesab edirəm ki, bu, Kabildə çox ehtiyac duyulan birliyin çox əhəmiyyətli və zahir bir əlamətidir,” o bildirib.

Birləşmiş Ştatlar Əfqanıstanda ABŞ tarixində ən uzun müharibəyə son qoyduğu zaman ölkəyə 266 milyon dollardan çox yeni humanitar yardım ayırır. BMT-nin məlumatlarına əsasən, Əfqanıstanda 18 milyon insanın yardıma ehtiyacı var, təxminən 5 milyon insan isə məcburi köçkündür.

XS
SM
MD
LG