Accessibility links

Taliban ABŞ və Əfqan hökumətinin atəşkəs tələbini rədd edir


Əfqanıstan parlamenti Loya Cirqa cümə günü Kabildə öz işini yekunlaşdırıb. Məclis Prezident Əşrəf Qaninin Ramazan ayı öncəsi 175 Taliban məhbusunun azadlığa buraxılması vədindən sonra Talibanı münaqişəni sülh yolu ilə bitirməyə çağırıb.

Əfqan talibləri isə ABŞ-ın güc tətbiqini dayandırması lazım olduğunu söyləyərək, atəşkəs tələblərinə sərt cavab verib.

"@US4AfghanPeace bizim tərksilah olmağımızı unutmalıdır. Bu absurd fikirlərin əvəzinə o, ABŞ-a başa salmalıdır ki, güc tətbiqinin sona çatdırsın və cürüməkdə olan Kabil rəhbərliyi üçün gələcəkdə daha çox insan və maliyyə itkisinə yol verməsin," deyə Taliban sözçüsü Zabihullah tvit edərək yazıb.

O, bunu ABŞ-ın Əfqanıstan üzrə elçisi Zalmay Xəlilzada ünvanlayıb. Xəlilzad çərşənbə günü Qətərin paytaxtı Doha şəhərində Talibanla danışıqların altıncı mərhələsini başladıb.

Zalmay Xəlilzad
Zalmay Xəlilzad

"Silahları yerə qoyub, zorakılığı dayandırıb və sülh bağlamağın zamanıdır," Xəlilzad Twitterdə yazıb.

Hökumət Loya Cirqanın Talibanla danışıqların əsas parametrlərini müəyyən etmək məqsədilə çağırıldığını bildirib.

Cümə günü təqdim edilən son tövsiyələrində Cirqa dərhal atəşkəs tələb edib.

Xarici işğal bitdikdən sonra biz dinc İslam hökuməti qurmalıyıq.
Taliban

Taliban isə öz vebsaytında "Sülhə aparan yol hansıdır?" başlığı altında özünəməxsus sülh formulunu təklif edib.

Taliban hazırki administrasiya ilə Əfqanıstan daxili dialoqu xarici hərbi qüvvələrin ölkəni tərk etməyənədək təxirə salınmasını tələb edib.

Lakin Çin, Rusiya və digər regional ölkələrin əfqan hökumətinin danışıqlara qatılması barədə ABŞ-ın şərtini dəstəkləməsi taliban üzərinə təzyiqləri artırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG