Accessibility links

Talibanın ələ keçrdiyi bölgələr azad edilib


Əfqanıstan qüvvələri Talibanın ələ keçirdiyi ərazilərin geri alındığını bildirib.

Müdafiə və Daxili İşlər Nazlrliklərinin sözçüsü Xan Abadın qaytarılması əməliyyatlarında 75 üsyançının öldürüldüyünü deyib. Döyüşlər zamanı 6 əfqan əsgəri həlak olub, 16-sı yaralanıb.

Əfqanstan rəsmilərinin bildirdiyinə görə, Taliban qüvvələri gecə və səhər tezdən iki vilayətə hücum edib.

Yerli polis komandiri Münir Himət Amerikanın Səsinə bildirib ki, hücumlar şərqi Nanqarhar vilayətində Hesarak əyaləti və Kunduz vilayətinin Xan Abad əyalətində həyata keçirilib.

Təhlükəsizlik qüvvələri hava zərbələrinin müşayiəti ilə onları geri qaytarıb. Bildirildiyinə görə, düşmən qüvvələr ağır itki verib. Döyüşlərin hələ də davam etdiyi deyilir.

Nanqarhar
Nanqarhar

Taliban sözçüsü Zabihullah Mucahid Xan Abadın nəzarətinin ələ keçirildiyini iddia edir. O, əfqan əsgərlərinin nəzarət altına alındığını göstərən video yayımlayıb.

Xan Abadın islamçılar tərəfindən ələ keçirilməsi onların strateji əhəmiyyət kəsb edən Kunduz şəhərinə yaxınlaşması deməkdir.

Kunduzun əhəmiyyəti

Kunduzun 2015-ci ilin sentyabrında Talibanın nəzarətinə keçməsindən sonra rəsmilər və Əfqanıstanı dəstəklyən beynəlxalq qüvvələrə böyük zərbə oldu. Belə ki, NATO qüvvələrinin ölkəni tərk etməsindən sonra ilk dəfə şəhər mərkəzi itirilirdi.

Üsyançılar bu yaxınlarda Baqlan vilayətini ələ keçirməklə ölkənin əsas kəmər yoluna nəzarət edir. Müşahidəçilər Talibanın Kabilin yolunu vilayətə kəsmək istədiyini bildirir.

ABŞ-ın hava zərbələri

ABŞ-ın Hava Qüvvələrinin Baş qərargahlar rəisi, general David Qolden son on ildə ilk dəfə olaraq Əfqanıstan əməliyyatlarında B-52 bombardmançı təyyarələrdən istifadə edildiyini bildirib. Genaral bunu döyüşlərin intensivləşməsi ilə izah edib.

Bildirilir ki, ABŞ təyyarələri iyun ayında prezident Obamanın göstərişindən sonra Əfqanıstanda 140 hava hücumu həyata keçirib.

XS
SM
MD
LG