Accessibility links

Taliban ABŞ əsgərinin dəyişdirilməsini göstərən video görüntünü açıqlayıb


Əfqanıstanda Taliban nümayəndələri məhbus mübadiləsi nəticəsində azad edilmiş ABŞ əsgəri Bovi Berqdahlın dəyişdirilməsini göstərən videonu açıqlayıb.

"Jihad səsi" vebsaytında yerləşdirilən 17 dəqiqəlik videoda başı və üzü qırxılmış Berqdah əfqan milli geyimində göstərilir.

Görüntülərdə serjant Berqdahl əvvəlcə silahlı şəxslərlə yük maşınında oturub. Daha sonra onun hərbi vertolyota aparıldığı və vertolyotun havaya qalxması göstərilir.

Müdafiə nazirinin sözçüsü bildirib ki, ABŞ rəsmilərinin videonun orijinallığına şübhə etməsinə heç bir səbəb yoxdur.

Admiral Con Körbinin açıqladığı bəyanatda bildirilir ki, Berqdahlın məhbuslarla dəyişdirilməsi dinc şəraitdə və müvəffəqiyyətlə başa çatıb.

Taliban 28 yaşlı əsgəri 2009-cu ildə Əfqanistana gəldikdən iki ay sonra ələ keçirmişdi. Onun necə ələ keçirildiyi ilə bağlı təfərrüatlar məlum deyil.

Taliban Berqdahlı keçən həftə ABŞ-ın Kubada Quantanamo məhbəsində saxlanılan beş yaraqlının qarşılığında azad edib.

Bovi Berqdahl müalicə olunmaq üçün Almaniyada ABŞ hərbi xəstəxanasına göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG