Accessibility links

Taliban ABŞ-la razılıq əldə ediləcəyinə dair ümidini ifadə edib


Taliban 18 illik Əfqanıstan müharibəsinin başa çatdırılmasına dair növbəti müzakirələr zamanı ABŞ-la razılıq əldə ediləcəyinə dair ümidini ifadə edib. Tərəflər bu həftə həlledici dialoqa qatımalıdır.

Taliban sözçüsü Suhail Şahin tərəflərin bir ilə yaxındır gərgin çalışmasından sonra bütün əsəs məsələləri əhatə edən layihə hazırlandığını bildirib. O, Amerikanın Səsinə deyib ki, Taliban müzakirəçiləri üzərinə düşən hər şeyi edib və indi dialoqun irəliləməsi üçün növbəti addımlar Amerikadan asılıdır.

“Biz qüvvələrin ölkədən çıxarılması razılıq əldə edəcəyimizə ümid edirik” - deyə, Şahin müzakirələrdən gözləntilərinə dair sualı cavablandırarkən bildirib. Lakin o, görüşün dəqiq tarixi barədə məlumat verməyib.

Taliban ABŞ və digər xarici qüvvələrin ölkədən çıxarılmasını tələb edir.

ABŞ isə sərtxətt tərəfdarlarının təhlükəsizliyi təmin etməsini istəyir. Rəsmi Vaşinqton bundan sonra Əfqanıstan ərazisindən Amerikaya qarşı terror hücumlarının törədilməyəcəyinə zəmanət tələb edir.

XS
SM
MD
LG