Accessibility links

Taliban Əfqanıstanda hərbi postları hədəf alaraq,16 əsgərin ölümünə səbəb olub


Taliban Əfqanıstanın şimal bölgəsindəki hərbi postları hədəf alaraq, 16 əsgərin ölümünə səbəb olub.

Şah Vali Kot vilayətində həyata keçirilən hücum nəticəsində onlarla insan xəsarət alıb.

Polisin bildirdiyinə görə, qarşıdurma zamanı 27 Taliban yaraqlısı öldürülüb.

4 əfqan əsgərinin girov götürüldüyü bildirilir.

İslaçı yaraqlılar 35 əsgəri öldürdüyünü, 8-nin isə girov götürüldüyünü iddia edir.

Bu, cari həftə ərzində Talibanın hərbi bazalara ikinci hücumudur.

Bazar ertəsi hücumu zamanı təhlükəsizlik qüvvələrinin 20 əsgəri öldürülmüş, 15 əsgər isə yaralanmışdı.

Ötən həftə Birləşmiş Ştatlar ordusu Əfqanıstanın paytaxtı Kabildən şimalda, Amerikanın hərbi konvoyunun keçdiyi yerdə yol kənarına yerləşdirilmiş bombanın partladığını, lakin xəsarət alanların olmadığını bildirib.

Yerli TOLOnews televiziya kanalı şahidlərə istinadən Pərvan vilayətinin Çarikar şəhərində həyata keçirilən hücum zamanı bir neçə nəfərin xəsarət aldığı barədə xəbər yayıb.

Birləşmiş Ştatlar konvoyunun Əfqanıstandakı missiyası Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə birlikdə əməliyyatlar keçirməkdir.

Hücumun məsuliyyətini üzərinə götürən Taliban bir neçə ABŞ əsgərinin öldüyünü bildirib.

Digər xəbərdə isə Nanqarhar vilayətində bir polis işçisinin 5 həmkarını öldürdüyü xəbər verilib.

XS
SM
MD
LG