Accessibility links

Taliban başçısı: ABŞ-ın Əfqanıstan müharibəsinə son qoymaq üçün irəli sürdüyü təkliflər rasional deyil


Talibanın sürgündə olan lideri şənbə günü Birləşmiş Ştatlar ilə birbaşa danışıq çağırışlarını yeniləyib və Vaşinqtonun Əfqanıstanda müharibəyə danışıq yolu ilə son qoyulması üçün irəli sürdüyü təklifləri qəbuledilməz və işə yaramayan adlandıraraq, rədd edib.

Malavi Hibatullah Axundzadə müsəlmanların qurban bayramından öncə tərəfdarlarına ünvanladığı mesajda ilk dəfə olaraq bu yaxınlarda Taliban və Amerika rəsmiləri arasındakı “ilkin” görüşün detalları barədə məlumat verib.

ABŞ-ın region üzrə yüksək səviyyəli diplomatı Alis Uells iyulun 23-də Talibanın “siyasi ofisinin”yerləşdiyiQətərdə aparılan danışıqlarda ABŞ nümayəndə heyətinə başçılıq edib. Heç bir tərəf indiyədək görüşlə bağlı detal paylaşmayıb.

Taliban müzakirələri “faydalı” adlandırıb və iki tərəf arasında gələcək əlaqələr üçün zəmin yaratmağa yönəldiyini söyləyib. Əfqanıstan rəsmiləri Talibanın etirazı səbəbilə danışıqlarda iştirak etməyib.

Axundzadə ABŞ-la birbaşa sülh danışıqlarının aparılmasına dair tələbini izah edərək söyəyib ki, hazırda aparılan müharibə “Amerikanın işğalının nəticəsidir”və Əfqanıstandan bütün Amerika və NATO qüvvələrinin nə zaman çıxarılacağına yalnız Amerika qərar verə bilər.

“Amma müharibənin məsuliyyətini üzərinə almamaq üçün, amerikalılar konstruktiv danışıqlardan başqa variantlar irəli sürür ki, onlar nə rasional nə də praktikdir. Əksinə onlar bu müharibəni Amerika üçün uzadan eyni təkliflərdir”.

Axundzadə ABŞ rəsmilərinin hansı təkliləri irəli sürdüyünü bildirməyib. Amma Vaşinqton Əfqanıstanın daxilində sülh prosesini Kabil hökümətinin rəhbərliyi altında dəstəkləməyə və irəlilətməyə hazır olduğunu bildirir və xəbərdarlıq edir ki, kənar güclərin irəli sürdüyü heç bir çıxış yolu münaqişəyə son qoymağa yardım etməz.

Taliban Əfqanıstanın idarəçilərini “Amerikaya tabe” olduğunu deyir və bütün xarici qüvvələr ölkəni tərk etməyənədək Əfqanıstan höküməti ilə hər hansı danışıqlar aparmağı rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG