Accessibility links

Taliban başçısını Əfqanıstanın "qanuni" rəhbəri adlandırır


Taliban bildirir ki, Birləşmiş Ştatlarla əldə etdiyi sülh razılığı qiyamçı qrupun ali liderinin Əfqanıstanın “qanuni rəhbəri” statusunu dəyişmir və qeyd edir ki, dinə görə, xarici “işğalçı” qoşunlar ölkəni tərk edəndən sonra onun “İslam höküməti” qurmaq öhdəliyi var.

Bu, bir həftə öncə Qətərdə ABŞ-la Taliban arasında əldə olunan razılığa xələl gətirir. Talibanın bu açıqlaması həmçinin Amerikanın media orqanları ABŞ hökümətində radikal qiyamçı qrupunun fevralın 29-da əldə olunan sülh razılığında etdiyi vədləri yerinə yetirmək niyyətində olmadığına dair kəşfiyyat məlumatlarının olduğuna dair xəbər yaymasından sonraya təsadüf edib.

Taliban şənbə günü təcrid olunmuş sədri Mullah Haibatullah Axundzadəyə istinadən təkid edib ki, “qanuni əmirin” olduğu yerdə Əfqanıstanın başqa rəhbəri ola bilməz.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq hərbi koaliisya Amerikada baş verən 11 sentyabr hücumundan sonra Əfqanıstana daxil olub və hücumu planlamaqda ittiham olunan əl-Qaidə liderlərinə sığınacaq verdiklərinə görə Talibanı hakimiyyətdən devridi.

ABŞ-la Taliban arasında onlarla ölkəni təmsil edən yüksək vəzifəli rəsmilərin iştirakı ilə əlddə olunan razılıq Vaşinqtonun apardığı ən uzun müharibəyə son qoyması və növbəti 14 ay ərzində Əfqanıstandan 14 minə yaxın əsgəri geri gəritməsi üçün zəmin yaratdı.

Bunun müqabilində isə Taliban terroçulara sığınacaq verməməli və vətəndaş cəmiyyəti daxil olmaqla Əfqansıtandakı digər fraksiyalarla davamlı milli sülh və hakimiyyətin bölgüsü üzərində razılıq əldə etmək üçün siyasi barışıq prosesi başlatmalıdır. Əfqanıstan daxilində danışıqlar çərşənbə axşamı başlayacaq.

Lakin o danışıqlaran öncə Əfqanıstan həbsxalarındakı 5 min Taliban məhbusu və qiyamçıların əlində olan Əfqanıstsn qüvvələrinin min üzvü azadlığıa buraxılıb.

Taliban şənbə günü yaydığı bəyanatda bildirib ki,təkcə benyəlxalq qoşunların ölkəni tərk etməsi qiyamçı qrupun məqsədinə xidmət etməyək və onlar hazırda "xarici qüvvələri dəstəkləyən rüşvəxtor ünsürlərin" gələcək hökümətin bir hissəsi olmasının qarşsını alacaq.

Taliban ABŞ-ın başçılıq etdiyi isğal nəticəsində hakimiyyətdən devriləndən bəri Əfqanıstanın hazırkı və keçmiş hökümətlərini tanımır və Amerikanın kuklası adlandırır.

XS
SM
MD
LG