Accessibility links

Taliban qaydaları pozduğu iddiası ilə Əfqanıstanda iki telekanalın yayımını dayandırıb


Əfqanıstanın Taliban hökuməti rəsmi qaydaları və "İslam dəyərlərini" pozduğu iddiası ilə iki yerli özəl telekanalın yayımını dayandırıb.

Çərşənbə günü azad media müdafiəçiləri yayımın dayandırılmasını tənqid edərək, bunu Əfqanıstanın media qanunlarının pozulması adlandırıb.

Talibanın idarə etdiyi İnformasiya Nazirliyinin Media Pozuntuları Komissiyası çərşənbə axşamı yaydığı bəyanatında bildirib ki, məhkəmə iki kanalın - Nur TVBərya TV-nin fəaliyyətini yoxlayacaq və onların taleyi ilə bağlı qərar verəcək.

Komissiyanın sözçüsü Hafizullah Barakzayın bildirdiyinə görə, o vaxta qədər kanallar fəaliyyət göstərə bilməz.

Barakzay hökumətin dəfələrlə etdiyi xəbərdarlıq və tövsiyələrə baxmayaraq, kanalları "jurnalist prinsiplərinə" əməl etmədiklərinə və proqramlarında "milli və İslami dəyərləri" əhatə etmədiklərinə görə tənqid edib.

O, Nur TV-nin musiqi yayımladığını və onun qadın aparıcılarının və qonaq qadınların yalnız gözlərinin göründüyünü tələb edən rəsmi geyim koduna əməl etmədiyini bildirib. Barakzay Barya TV-nin fəaliyyətini dayandırması ilə bağlı mübahisəli bir çıxışa istinad etsə də, ətraflı məlumat verməyib.

Əfqanıstan Jurnalistlər Mərkəzi və ya müstəqil mediaya nəzarət orqanı olan AFJC verdiyi açıqlamada kanalların fəaliyyətinin dayandırılmasının "ölkənin ictimai media qanununa zidd" və Talibanın idarə etdiyi ölkədə azad medianın boğulması istiqamətində daha bir addım olduğunu bildirib.

Nəzarət təşkilatı Əfqanıstan hakimiyyətindən dərhal əmri geri götürməyi və iki media orqanını qeyd-şərtsiz yenidən açmağı tələb edib.

Kanallar iddialara və fəaliyyətlərinin dayandırılmasına münasibət bildirməyib.

Nur TV Əfqanıstanda 2007-ci ildən fəaliyyət göstərir və ölkənin keçmiş xarici işlər naziri Səlahuddin Rəbbaninin "Cəmiət-i-İslami" partiyası tərəfindən dəstəklənir.

2019-cu ildə fəaliyyətə başlayan Barya TV Əfqanıstanın keçmiş baş naziri və onun "Hizbi-İslami" partiyasının lideri Gülbəddin Hikmətyara məxsusdur.

Forum

XS
SM
MD
LG