Accessibility links

Taliban döyüşçüləri Kabil şəhərinin civarına hücum edib


Cümə axşamı gecə saatlarında Əfqanıstanda Taliban döyüşçüləri Kabilin 150 km cənub-qərbində yerləşən Qəzni şəhərinə hücum edib. Qiyamçı qrupla hökümət qüvvələri arasında qarşıdurma cümə günü səhər saatlarına qədər davam edib.

Döyüşlər şəhərin mühüm hökümət binalarının, qubernatorluq və Əfqanıstan Kəşfiyyat Agentliyinin Milli Təhlükəsizlik Şöbəsinin binası ətrafında baş verib.

Yerli sakinlərin və rayon nümayəndəsi Amanullah Kamraninin verdiyi məlumata görə, döyüşlər şəhərin mühüm hökümət binaları, qubernatorluq və Əfqanıstan Kəşfiyyat Agentliyinin Milli Təhlükəsizlik Şöbəsinin binası ətrafında cərəyan verib.

Hökümət şəhərə Əfqanıstan xüsusi qüvvələrini göndərib. Vilayət polis rəisi olan general Fərid Maşal bildirib ki, bu qüvvələr Taliban döyüşçülərini şəhərdən vurub çıxarmağa kömək edəcəklər.

Lakin Talibanların mülki ərazilərdə gizlənməsi təhlükəsizlik qüvvələrinin işini çətinləşdirir. Sakinlər şəhərin bəzi bölgələrində döyüşlərin davam etdiyini bildirirlər.

ABŞ hərbi qüvvələri Qəznidə baş verənlər haqda Tvitterdə yaydıqları mesajda əfqan qüvvələrinə havadan dəstək verdiklərini və hökumət qüvvələrinin hazırda bütün hökumət binalarına nəzarət etdiyini bildiriblər.

Əfqan hərbi qüvvələri Qəznidə Talibana ağır zərbələr vurduqlarını və rayon mərkəzinin onların nəzarətində olması barədə xəbər yayıblar.

Qəzni şəhərindən keçən Kabil-Qəndəhar magistralı bağlanıb. Taliban döyüşçüləri Meydan Vərdaq və Qəzninin yaxınlığında olan yolun bağlandığını təsdiq edib, bir çox ərazilərdə nəzarət məntəqələri qurduqlarını bildiriblər.

Qəzni şəhəri, Əfqanıstan
Qəzni şəhəri, Əfqanıstan

Müdafiə Nazirliyinin mətbuat katibi Məhəmməd Radmaniş Associated Press-ə bildirib ki, ordu yerli polisə kömək edir və təhlükəsizlik qüvvələri şəhərin nəzarətindədir.

Associated Press həmçinin hücumlarda yaralanan 9 əsgərin yerli xəstəxanada müalicə olunduğunu bildirib.

KİV-ə göndərilən xəbərdə, Taliban cümə axşamı gecəsi Qəzni vilayətinin mərkəzində geniş əməliyyatlar keçirdiklərini və çox sayda silah-sursat ələ keçirdiklərini bildirib. Onlar həmçinin çox sayda təhlükəsizlik qüvvələrinin heyət üzvlərini öldürdüklərini xəbər veriblər. Lakin onların dedikləri müstəqil mənbələrdə öz təsdiqini tapmayıb.

Taliban çox sayda hökumət əsgəri öldürdüyünü iddia edir.

Qəzni şəhəri son aylarda artan təhlükə ilə üzləşən Qəzni vilayətinin bir hissəsidir.

Cümə axşamı Taliban, Cənubi Uruzqan əyalətində hərbi bazaya hücum edərək onlarla hərbçini öldürüb.

Bu ay müsəlmanların müqəddəs bayramı səbəbilə atəşkəsin mümkün olması barədə danışıqlara baxmayaraq, Əfqanıstanın bir neçə yerində döyüşlər davam edir.

Son 17 ildə ilk dəfə olaraq iki ay əvvəl əldə olunan atəşkəs zamanı Taliban döyüşçüləri şəhərə gedərək hökumət əsgərləri ilə selfi çəkdirmişdilər.

Əfqan Milli Ordusunun əsgərlərinə İtaliya hərbçiləri təlim keçir
Əfqan Milli Ordusunun əsgərlərinə İtaliya hərbçiləri təlim keçir

Əfqanıstan rəsmiləri Talibanla döyüşlərdə itkilərin sayı barədə məlumat yaymağı dayandırıblar. Ötən il ABŞ-ın korrupsiya hallarını araşdıran SİGAR qurbanların “şok” dərəcədə yüksək olduğunu bildirib.

Son vaxtlar ABŞ rəsmilərinin sülh və barışıq prosesinə başlamaq məqsədilə Talibanla birbaşa təmas qurmaqları haqda xəbərlər dolaşmağa başlayıb. Taliban uzun müddətki, "kukla rejimi" adlandırdığı rəsmi Kabillə deyil, ABŞ-la birbaşa danışıqlar aparmaq istəyir.

Bu həftənin əvvəli ABŞ Müdafiə Naziri Cim Mattis Talibanın sülh danışıqlarına girmək üçün təzyiqlərə məruz qaldığını söyləyib. Ancaq o, prosesin "əfqanlara məxsus və Əfqanıstandan idarə olunan" proses olacağını vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG