Accessibility links

Taliban Fəryabın mərkəzini ələ keçirib


Taliban yaraqlıları Əfqanıstanın Fəryab əyalətinin rayon mərkəzini ələ keçirib.

Talibançılar bir neçə gün əvvəl əyalətdəki hərbi bazanı tutmuşdular. Əyalətin qubernatoru Naqibullah Faiqin sözlərinə görə, Əfqanıstan əsgərlərinə kömək gəlmədiyinə görə, yaraqlılar Balxaraq rayonunu ələ keçirib. Hələlik itkilər barədə məlumat verilmir.

Qeyd edək ki, bu avqustun 19-da-Əfqanıstanın öz müstəqilliyinin 90-cı ildönümünü qeyd etməsi fonunda baş verir.

Müstəqillik günü münasibətilə paytaxt Kabildə keçirilən mərasimdə prezident Əşrəf Qani və digər ölkə rəsmiləri iştirak ediblər.

Taliban lideri Molla Heybətulla Axundzadə avqustun 18-də bir daha Birləşmiş Ştatları “xarici işğala” son qoyulması ilə bağlı birbaşa danışıqlara çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG