Accessibility links

Taliban iki nəfəri daşqalaq edərək öldürüb


Bir qadın və bir kişi əlaqədə olmaqda ittiham olunub

Əfqan rəsmisinin bildirdiyinə görə, Talibanın bir qadın və bir kişini əlaqədə olmaqda ittiham etməsindən sonra onlar camaat qarşısında daşqalaq edilməklə öldürülüb. Cəza dünən Kunduz vilayətinin Molla Qali kəndində icra edilib.Onların hər ikisi 20 yaşlarında idi. Bu, bir həftə ərzində bu ölkədə daşqalaqla yoluyla icra edilən ikinci edam olub. Bundan əvvəl Baqdis vilayətində hamilə qadın daşa basılmaqla öldürülmüşdü. Qədim ölüm hökmü olan daşqalaq bəzi islam ölkələri tərəfindən qadağan edilsə də, İranda, Əfqanıstanın bəzi hissələrində və başqa bir neçə ölkədə hələ də bu cəza növündən istifadə olunur

XS
SM
MD
LG