Accessibility links

Taliban Əfqanıstanın paytaxtı Kabilə çatıb


Talibanın Əfqanıstanın paytaxtı Kabilə çatdığı və hakimiyyətin sülh yolu ilə ötürülməsini gözlədiyi bildirilir. Taliban mənbələri Amerikanın Səsinə bildiriblər ki, Əfqanıstan Prezidenti Əşrəf Qaninin istefası Kabildakı danışıqlar zamanı qəbul edilib.

Əfqanıstan liderlərinin və ağsaqqalların hakimiyyətin Talibana verilməsi üçün Dohaya gedəcəkləri bildirilir.

Qaninin ofisindən heç bir şərh verilməyib.

Bazar günü Taliban Nanqarhar vilayətinin paytaxt, Kabil xaricində hökumətin nəzarətində olan son böyük şəhəri Cəlalabadı ələ keçirib.

Müxtəlif məlumatlarda təhlükəsizlik qüvvələrinin Pakistanla həmsərhəd və Torkhem üzərindən Pakistana gedən əsas sərhəd keçidlərindən birini tutan Nanqarhar əyalətinin digər rayonlarından da geri çəkildikləri bildirilir.

Taliban sözçüsü Zabihullah Mücahid döyüşçülərinin Bagram Hava Bazasını və oradakı həbsxananı ələ keçirdiklərini və məhbusları azad etdiklərini deyib.

ABŞ-ın rəhbərlik etdiyi xarici hərbi missiyanın Əfqanıstandakı əsas bazası olan Baqramda yüksək səviyyəli Taliban məhbusları saxlanılırdı.

Taliban hücumunun sürəti həm yerli əhalini, həm də beynəlxalq ictimaiyyəti şoka salıb.

Ölkədə zorakılıqlar 2020 -ci ildən bəri yüksək olsa da, Taliban ABŞ -la müqavilə imzaladıqdan sonra Əfqanıstan şəhərlərinə qarşı son kampaniya gözlənilmədən sürətlə həyata keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG