Accessibility links

Taliban Kabildə keçirilən etiraz aksiyaları fonunda Əfqanıstanın yeni hökumətini elan edib


Taliban çərşənbə axşamı Molla Həsən Axundu yeni hökumətin rəhbəri olaraq seçdiyini elan edib. Molla Əbdül Qani Bardari isə hərəkatın siyasi ofisinin rəhbəri elan edilib.

ABŞ tərəfindən terror təşkilatı olaraq tanınan Haqqani şəbəkəsinin qurucusunun oğlu Səcrəddin Haqqani yeni daxili işlər naziri vəzifəsini icra edəcək. Bu barədə məlumatları Talibanın sözçüsü Zabidullah Mücahid Kabildə keçirdiyi mətbuat konfransı zamanı açıqlama verib.

Molla Məhəmmədin oğlu Molla Məhəmməd Yaqub müdafiə naziri təyin edilib. Mücahid Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, bütün təyinatlar müvəqqətidir.

Talibanın əsas ali lideri Molla Heybətulla Axundzadənin isə hökumətdə hansı rolu oynayacağı bəlli deyil. O, keçən ay Qərbin dəstəklədiyi hökumətin süqutu və islamçı silahlı hərəkatın Kabili ələ keçirilməsindən sonra ictimaiyyətə görünməyib.

Yeni hökumət başçısı Axund Molla Heybətullah Axundzadə ilə 20 ildir ki, yaxınldır.

Taliban dəfələrlə əfqanları və xarici ölkələri 20 il əvvəlki qəddar cəzalarla, qadınların və qızların ictimai həyatdan kənarlaşdırılması ilə qeyd olunan əvvəlki hakimiyyət qəddarlığına qayıtmayacaqlarına inandırmağa çalışıb.

Lakin Talibanın fərqli siyasi ünsürlərindən gələn şəxsləri hökumtə təyin etməsinə etiraz edənləri dağıtmaq üçün silahlıların havaya atəş açması Talibanın güzəştə getmədiyini göstərib.

Günün əvvəlində yüzlərlə kişi və qadın "Yaşasın müqavimət" və "Pakistana ölüm" kimi şüarlar səsləndirərək, Talibannın işğalına etiraz edib.

Pakistanın Talibanla dərin əlaqələri var və onun hakimiyyətə qayıtmasına kömək etməkdə ittiham olunur. İslamabad bu ittihamları inkar edir.

Ötən ay ABŞ qüvvələrinin ölkədən çıxmasından sonra Talibanın Əfqanıstanda sürətli irəliləməsi, qisasdan qorxan əfqanların yaşayış yerlərini kütləvi şəkildə tərk etməsinə səbəb olub.

ABŞ qüvvələri təxminən ümumilikdə 124 min əcnəbi və risk altında olan əfqanı təxliyə edib. Lakin hələ də on minlərlə şəxs orda qalmaqdadır.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG