Accessibility links

Əfqanıstanda Taliban kamikadzeləri ABŞ Yardım Təşkilatına hücum ediblər


Şimali Kunduz vilayətinin rəsmiləri deyib ki, bu gün axşamüstü, kamikadzelərdən biri öz avtomabilini giriş yaxınlığında partladaraq başqa beş intiharçının binaya daxil olması üçün şərait yaradıb

Taliban kamikadzeləri şimali Əfqanıstanda ABŞ Yardım Təşkilatına hücum zamanı, üç xarici vətəndaş daxil olmaqla azı beş nəfəri qətlə yetirib və 20 nəfəri yaralayıb. Şimali Kunduz vilayətinin rəsmiləri deyib ki, bu gün axşamüstü, kamikadzelərdən biri öz avtomabilini giriş yaxınlığında partladaraq başqa beş intiharçının binaya daxil olması üçün şərait yaradıb. Bir əfqan polis zabiti və əfqan təhlükəsizlik mühafizəçisi hadisənin qurbanı olub. Hadisə zamanı üç xarici işçi də həlak olub. Onlardan biri Alman, biri Britanyalı və digəri Filippinlidir. Azı 24 nəfər yaralanıb. NATO deyib ki, Əfqan və beynəlxalq qüvvələr rayon üzrə Taliban liderini dörd saatlıq atışmadan sonra Cənubi Əfqanıstanda yaxalayıblar. Alians deyib ki, Helmand vilayətinin uzaq Bağran rayonunda əməliyyat zamanı Nov Zad rayonunun Taliban rəhbəri həbs edilib və başqa yaraqlılar öldürülüb. Əfqan prezidenti Həmid Karzai təcavüzü pisləyib və deyib ki, bu Əfqanıstanda yenidən qurma işlərinə əngəl olmaq istəyənlərin əməlidir. Talibanın hadisəyə məhsuliyyəti öz üzərinə götürmə xəbəri General David Petrausun Əfqanıstanda təxminən 140 000 ABŞ və NATO qüvvələrinə başçılığı öz üzərinə götrurmək üçün Kabula gəlməsinə təsadüf edir.

XS
SM
MD
LG