Accessibility links

Taliban keçmiş rəqibləri ilə görüş keçirir


Taliban Kabildə hakimiyyəti yenidən ələ keçirdikdən və "müharibənin bitdiyini" elan etdikdən bir neçə gün sonra idarəçilik, təhlükəsizlik və keçmiş düşmənləri ilə barışmaq kimi problemlərini sürətlə həll etməyə çalışır.

Birləşmiş Ştatların qlobal terror şəbəkəsi olaraq siyahıya aldığı Haqqani Şəbəkəsinin liderləri də daxil olmaqla, üsyançı qrupun nümayəndələri çərşənbə günü Əfqanıstanın paytaxtında görkəmli siyasətçilərin iqamətgahlarını ziyarət edib.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai və ölkədən qaçan prezident Əşrəf Qaninin koalisiya müttəfiqi Abdullah Abdullah Taliban liderlərinə ev sahibliyi edənlər arasında olub.

"Kabildə və Əfqanıstanda vətəndaşların təhlükəsizliyi, ölkənin gələcəyi üçün birlik və əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparıldı" - deyə, Abdullah Abdullah Twitter səhifəsində yazıb.


Abdulla Twtter-də 2011-ci ildə Vaşinqton tərəfindən qlobal terrorçu elan edilən Xəlil Əl-Rəhman Haqqaninin Taliban nümayəndə heyətinə rəhbərlik etdiyini cə görüşdə Əfqanıstan Senatının sədri Fəzal Hadi Muslimyarın da olduğunu yazıb.

Abdulla "inklüziv" idarəetmə sisteminin vacibliyini vurğulayaraq yazıb ki,"tarix bizə göstərir ki, sosial ədalətin olmadığı bir yerdə təhlükəsizliyin təmin edilməsi və milli birliyin möhkəmləndirilməsi mümkün deyil".

Çərşənbə günü şərqi Cəlalabad şəhərində Taliban döyüşçülərinin etirazçılara qarşı zorakılıq tətbiq etməsi və azı üç nəfərin öldürülməsi barədə ara-sıra məlumatlar yayılıb.

"Cənab Haqqani iştirakçılara Kabil vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün daha çox çalışacaqlarına zəmanət verib və insanların təhlükəsizliyinin təmin edilməsi üçün ölkənin siyasi liderləri və ağsaqqallarından kömək və dəstək istəyib" - deyə, Abdullah yazıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG