Accessibility links

Taliban Pakistanın xarici işlər naziri ilə görüşüb


Pakistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Talibanın qurucularından biri olan Molla Abdul Qani Bəradərin rəhbərliyi ilə əfqan Taliban rəsmilərindən ibarət nümayəndə heyəti İslamabadda Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

Pakistan və Taliban ABŞ-ın keçən ay dayandırdığı Əfqanıstandakı sülh danışıqları prosesinin ən qısa müddətdə yenidən başlaması mövzusunda razılığa gəliblər.

Qureşi Əfqanıstanda sülhün bərqərar olması üçün danışıqların yeganə mümkün və "müsbət" variant olduğunu söyləyib.

Hərbçilərlə danışıqlara qatılması ilə əlaqədar olaraq gələn ABŞ-ın yüksək rütbəli diplomatı Taliban heyəti, İslamabadda hökumət rəsmiləri ilə də görüşüb.

Pakistan hökumətinin yüksək vəzifəli nümayəndəsi görüşün baş verə biləcəyini söyləsə də, Talibanın Xəlilzadla görüşüb-görüşməyəcəyi məlum deyil.

Talibanın nümayəndə heyəti çərşənbə günü Zalmay Xəlilzadın rəhbərlik etdiyi qrupun Pakistanın paytaxtı İslamabada çatmasından dərhal sonra gedib. Hər iki tərəfin nümayəndə heyəti Pakistanda bir neçə gün qalacaq.

Hər iki tərəf Pakistana hökumətlə rəsmi görüşlər üçün getdiklərinə israr etsə də, birbaşa danışıqların gözlənildiyini qeyd ediblər.

"Mənim qənaətim bundan ibarətdir ki, üsyançı qrupla Birləşmiş Ştatlar arasında danışıqlar birbaşa olmalıdır," deyə Taliban sözçüsü Süheil Şahin Amerikanın Səsinə bildirib.

O, Talibanın nümayəndə heyətinin oktyabrın 6-dək İslamabadda oktyabrın 6-dək qalacağını deyib.

XS
SM
MD
LG