Accessibility links

Talibanın Peşəvərdə hərbi məktəbə hücumu ilə əlaqədar dörd nəfər dar ağacından asılaraq edam edilib


Pakistan ötən il Talibanın Peşəvərdə hərbi məktəbə hücumu ilə əlaqədar dörd nəfəri dar ağacından asmaqla edam edib. Ötən il hücum zamanı yaraqlılar 134 tələbə və 16 məktəb işçisini qətlə yetirmişdi.

Avqustda hərbi rəsmilər hücum törədən silahlılara yardım etdiklərini etiraf etdikdən sonra dörd nəfərin iki digər müqəssirlə birgə ölümə məhkum edildiyini bildirib.

Şahidlər silahlı şəxslərin tələbələrlə dolu auditoriyaya daxil olaraq, onlara atəş açdıqlarını, daha sonra isə sinif otaqlarında qarşılarına çıxan hər kəsi qətlə yetirdiyini bildirib. Bir neçə saat davam edən atışmadan sonra Pakistan əsgərləri bütün yaraqlıları qətlə yetirib.

Pakistanda Taliban qrupu qətliamın ordunun yaraqlılara qarşı hücumlarına cavab olduğunu bildirib.

Pakistanın baş naziri Nəvaz Şərif buna cavab olaraq 2008-ci ildən bəri ölkədə qüvvədə olan ölüm hökmü haqda qadağanı aradan qaldırıb. Bundan sonra Pakistanda bir neçə yüz nəfər edam edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG