Accessibility links

Taliban Qəndəhar hava limanına raket atıb


Əfqanıstanın cənubunda rəsmilər bazar günü Taliban qiyamçıları tərəfindən gecə yarısı həyata keçirilən raket hücumunun Qəndəhar Hava limanında uçuş-enmə zolağına ziyan vurduğunu təsdiq edib və bunun bütün uçuşların təxirə salınmasına səbəb olduğunu bildirib.

Hücum Qəndəhar və yaxınlıqdakı Laşkar Gah şəhərində Əfqanıstan təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli toqquşlamalar zamanı baş verib.

Əfqanıstan rəsmiləri bir neçə raketin hava limanına tuş gəldiyini və ölkənin ikinci ən böyük şəhərindən bütün uçuşların uçuş-enmə zolağı təmir olunanadək təxirə salındığını bildirib.

“Biz Qəndəhar hava limanını hədəf aldıq və uçuş-enmə zolağı ilə birlikdə oradakı başqa təsislərə zərər vurduq,” Talibanın sözçüsü Zabihullah Mücahid Amerikanın Səsinə bildirib.

“Döyüş təyyarəsi hava limanından bizə və ərazidəki mülki binalar qarşı hücumlar həyata keçirmək üçün istifadə edirdi. Onlar həmçinin dünən Helmand vilayətində bir hospitalı bombalayaraq, zərər vurub,” Mücahid deyib.

Laşkar Gahda özəl xəstəxananın sahibi Dr. Məhəmməd Din Nareval Əfqanıstan təhlükəsizlik qüvvələrinin şənbə günü təsisi bombladıqlarını, bir nəfərin öldüyünü, üçünün isə yaralandığını təsdiqləyib.

Nareval deyib ki, xəstəxananın hədəf alınmasına əfqan təhkükəsizlik qüvvələrinin orada Tliban döyüşçülərinin müalicə olunduğunu düşünmələri səbəb olub.

Helman vilayətindəki mahalların çoxu Talibanın nəzarəti altındadır.

Taliban sön günlərdə Qəndəhar, Laşkar Gah və Heratda böyük hücumlar həyata keçiriblər.

Deyilənə görə, Taliban şənbə günü Laşkar Gah və Heratın nəzarətini ələ keçirməyə çox yaxın olub, lakin hökumət rəsmiləri deyib ki, dəstəyin gəlməsi ilə əfqanıstan qüvvələri qiyamçıları uzaqlaşdırmağa nail olublar.

Cümə günü baş verən döyüşlrə zaman herat Birləşmiş Millətlər Təşkilatının binasına giriş hədəf alınıb. Nəticədə yerli mühafizəçi öldürülüb, bir neçə başqa zabit yaralanıb. BMT hücumu qınayıb və Talibanı günahlandırıb.

BMT bazar günü Talibanı cümə günü baş verən hücumla bağlı “tam araşdırma aparmağa və cavablar təqdim etməyə” çağırıb. “Əfqan mühafizəçinin ölümü ilə nəticələnən hücumu həyata keçirənlər cavabdeh olmalıdırlar,” missiya bildirib.

Əfqanıstanın özəl TOLO xəbər kanalı Heratın 17 rayonundan yalnız bir rayonun və vilayətin paytaxtının Kabil tərəfindən idarə olunduğunu, geri qalanlara isə qiyamçıların nəzarət etdiyini bildirib.

XS
SM
MD
LG