Əfqanıstan Talibanı Qətərdə ABŞ-la sülh danışıqlarının keçirildiyini bildirib.
ABŞ-ın nümayəndə heyətinin başçısı, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad son aylar Qətərdə bir sıra danışılarda Amerikanı təmsil edib.
Müzakirələr Pakistanın baş naziri İmran Xanın Qətər liderliyi ilə görüş üçün Dohaya getdiyi bir vaxta təsadüf edir.
Diplomatik mənbələrin bildirdiyinə görə, Xan səfəri zamanı Talibanla təmasda ola bilər.
Danışılar başlamazdan əvvəl Əfqanıstanda Taliban yaraqlılarının hərbi bazaya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 100-dən çox üzvü öldürülüb.
Talibanın hücumlarına son qoyulması üçün son aylar diplomatik səylər gücləndirilib.
Diplomatik mənbələr bildirir ki, Qətər danışqıları zamanı Əbu Dabidə mübadilə edilən təkliflər yekunlaşdırılmalıdır.