Accessibility links

Taliban Qadın İşləri nazirliyinin fəaliyyətini dayandırıb


Əfqanıstanın yeni Taliban hökuməti Qadın İşləri nazirliyinin fəaliyyətini dayandırıb. Bu nazirliyi əxlaqı təbliğ etmək və yanlış hərəkətlərin qarşısını almaq məqsədi daşıyan bir nazirliklə əvəz edilib.

Cümə günü Kabildə Qadın İşləri nazirliyinin yerləşdiyi binanın xaricində "Təbliğ və Rəhbərlik, Fəzilətin Yayılması və Əxlaqsızlığın qarşısının alınması Nazirliyi" nin qərargahı olduğu bildirilən yeni bir lövhə asılıb.

Dünya Bankının 100 milyon dollarlıq “Qadınların İqtisadi imkanlarının gücləndirilməsi və kənd rayonlarının inkişafı” proqramının işçiləri dəyişikliyin bir hissəsi olaraq şənbə günü binadan çıxarılıb.

Taliban tərəfindən idarə olunan Təhsil Nazirliyinin şənbə günü verdiyi açıqlamada "bütün kişi müəllimlər və tələbə oğlanlar təhsil müəssisələrinə getməlidirlər" deyilib. Burada nə qadın müəllimlərdən, nə də tələbə qızlardan bəhs edilməyib.

Hadisələr Talibanın qadınlara qarşı məhdudiyyətləri yüngülləşdirəcəyilə bağlı vədlərinə baxmayaraq, qadın hüquqlarını məhdudlaşdırdığına işarə Edie.

Taliban 1996-cı ildən ABŞ-ın başçılığı ilə 2001-ci ildə müdaxiləyə qədər ölkəni idarə edərkən qadın və qız uşaqlarının təhsil hüququnu rədd edib və onları ictimai həyatdan əsas etibarilə kənarlaşdırıb.

Taliban bu son dəyişikliklərlə bağlı şərh verməyib.

Eyni zamanda şənbə günü, ölkənin şərq əyalətinin paytaxtı Cəlalabadda Talibanın avtomobillərinin hədəf alındığı üç partlayış nəticəsində 3 nəfər ölüb. Heç kim məsuliyyəti öz üzərinə götürməyib, lakin ərazidə Talibanın düşmənləri olan İslam Dövləti qrupunun militantları fəaliyyət göstərir.

Hava limanının rəsmisi bildirib ki, 500-dən çox adam şənbə günü səhər saatlarında Kabil hava limanından Pakistanın milli daşıyıcısı və İranın Mahan Air şirkəti ilə Əfqanıstanı tərk edib. Məmur insanların kimliyi və milliyyəti ilə bağlı açıqlama verməyib.

Vaşinqtonun sülh elçisi Zalmay Xəlilzadın sözlərinə görə, cümə günü Qatar Airways reysi ilə daha çox amerikalı Əfqanıstanı tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG