Accessibility links

Taliban: ABŞ-la aparılan sülh danışıqları doğru istiqamətdə irəliləyir


ABŞ və Taliban rəsmiləri müzakirələrə iki gün fasilə verdikdən sonra şənbə günü Qətərdə sülh danışıqlarını davam etdirəcək.

Talibanın nümayəndə heyətinin sözçüsü Suhail Şahin bildirib ki, ikigünlük fasilə zamanı hər iki tərəf ABŞ-ın başçılıq etdiyi xarici qüvvələrin tam şəkildə Əfqanıstandan çıxarılması məsələsinə yönəldəcək.

Qiyamçı qrupun danışıqlarda iştirak edən üzvü əlavə edib ki, ABŞ-la aparılan müzakirələrin hazırkı vəziyyəti yaxşıdır və doğru istiqamətdə irəliləyir.

"İki əsas məsələ var. Bütün xarici qüvvələrin Əfqanıstandan çıxarılması bizim üçün əsas məsələdir. Amerika tərəfi üçün isə əsas məsələ Əfqanıstan torpaqlarının amerikalılara və müttəfiqlərinə qarşı istifadə edilməməsidir" - deyə, Suhail Şahin qeyd edib.

Davam edən görüş ötən ilin yayından başlayan Vaşinqton-Taliban danışıqlarının beşinci raundudur. ABŞ rəsmiləri deyir ki, danışıqların əsas məqsədi ilk növbədə Əfqanıstanın daxilində davamlı sülh prosesinə nail olmaqdır.

Sülh prosesi dialoqu bu həftənin əvvəlində Birləşmiş Millət Təşkilatının Əfqanıstanda qarşıdurma ilə əlaqəli ötən il təxminən 4000-ə yaxın mülki vətəndaşın öldüyünə dair yaydığı hesabatından sonra daha da sürətlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG