Accessibility links

ABŞ və Taliban arasında razılıq fevralın 29-da imzalanacaq


ABŞ dövlət katibi Mayk Pompeo və Taliban uzunmüddətli müharibəyə son qoyacaq razılığın fevralın 29-da imzalancağını bəyan edib.

Razılığa əsasən ABŞ qüvvələrinin hamısını tədricən Əfqanıstandan çıxaracaq. Bunun müqabilində Taliban Əfqanıstandan terrorizm fəaliyyətləriüçün bir platforma kimi istifadə edilməməsinə zəmanət verir. Eyni zamanda Taliban barışıq səylərini də davam etdirməlidir.

Razılığın imzalanmasına Talibanın vəd etdiyi yeddi günlük "zorakılığın azaldılmasına" dair razılıq şərait yaradıb. Ayəşkəs barədə razılıq cümə günü gecə qüvvəyə minib

ABŞ prezidenti Donald Tramp Talibanla sülh razılaşmasının "bir şans" olduğunu, bunun ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasına və uzun sürən müharibəyə son qoyulmasına səbəb olacağını deyib.

Sənəd fevralın 29-da Qətərin Doha şəhərində imzalanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG