Accessibility links

Taliban Rəbbanini öldürmək üçün saxta sülh mesajından istifadə edib


Taliban Rəbbanini öldürmək üçün saxta sülh mesajından istifadə edib
Taliban Rəbbanini öldürmək üçün saxta sülh mesajından istifadə edib

Əfqanıstan prezidenti Həmid Karzay deyib ki, sabiq prezident Burhannuddin Rəbbanini qətlə yetirən intiharçı liderə çıxış tapmaq üçün Talibandan saxta sülh mesajı gətirib. Əfqanıstanın Sülh Şurasının rəhbəri cənab Rəbbani çərşənbə axşamı Kabildəki evində intiharçı hücumunda həlak olub. Cənab Rəbbani on il sürən əfqan müharibəsinin dinc həll yolunu tapmaq üçün böyük səylər göstərirdi. Prezident Karzay bu gün bildirib ki, intiharçı yerli rəsmilərə Talibanın sülh təklifi ehtimal edilən audo CD yazısı çatdırıb. Cənab Karzay Nyu Yorkda keçirilən BMT Baş Asambleyasına yollanmazdan əvvəl lent yazısına qulaq asdığını deyib.

XS
SM
MD
LG