Accessibility links

Taliban təhsil müəssisələrində sinif otaqlarının cinslərə görə bölünəcəyini bildirir


Əfqanıstanda Taliban hökuməti sinif otaqları və bina strukturları cinsə görə ayrıldığı təqdirdə qadınların özəl və dövlət universitetlərində təhsillərini davam etdirə biləcəklərini bildirib.

Talibanın təhsil naziri vəzifəsini icra edən Əbdül Baqi Haqqani Kabildə keçirilən mətbuat konfransında yeni qaydanı açıqlayarkən tələbələrin cinsə görə ayrılmalarını müdafiə edib və qadınlarla kişilərin birgə təhsil almalarının İslam qanunlarına və əfqn mədəni ənənələrinə zidd olduğunu iddia edib.

Nazir deyib ki, qadın tələbələrə yalınız qadın müəllimələrin dərs keçmələrinə icazə veriləcək və qadın müəllimələrin çatışmazlığı yaşanmayacaq. Lakin həqiqətənd də ehtiyac olsa, kişilərin də İslam qanunlarını pozmadan qadınlara dərs keçmələrinə icazə veriləcək.

Əbdül Baqi Haqqani
Əbdül Baqi Haqqani


“Onlar (kişi müəllimlər) da Şəriətə uyğun olaraq dərs keçə bilərlə. Onlar pərdənin arxasından tədris etməli və ya video ekranlardan və bənzər qurğulardan istifadə etməlidirlər,” Haqqani deyib.

O vurğulayıb ki, hökumət Əfqanıstanın son 20 ildə təhsil sahəsində əldə etdiyi irəliləyişləri qoruyub-saxlamaq niyyətindədir, amma ölkədə qadınlarla kişilər birlikdə təhsil almayacaq.

“Biz hər şeyi yenidən başlamayacağıq. Yox. Biz indiyə qədər əldə olunan irəliləyişləri daha böyük diqqətlə davam etdirəcəyik,” Haqqani deyib.

Talibanın 1996-2001-ci illərdəki hakimiyyəti dövründə Əfqanıstanda insan haqları, ələlxüsus da, qadın haqları kəskin şəkildə məhdudlaşdırılmışdı və bu, ölkənin həmin vaxt beynəlxalq ictimaiyyət tərəfindən təcridinə gətirib çıxarmışdı.

Fundamentalist qrup qəddar ədliyyə sistemi tətbiq etmişdi. Qadınların yanlarında kişi qohumları olmadan evi tərk etmələri qadağan edilmiş, qızların təhsil almalarının qarşısı alınmışdı.

Bir ay öncə hakimiyyəti yenidən ələ keçirən Taliban qlobal ictimaiyyətin bir hissəsi olaraq qalmaq və ölkədə üzləşdikləri böhranları həll etmək üçün maddi yardım ala bilmək məqsədilə insan haqlarını müdafiə etməyə və qadınlara işləməyə və təhsil almağa icazə verəcəyinə söz verib.

Taliban Birləşmiş Ştatlar və Qərb müttəfiqlərinin iyirmi il davam edən müharibəyə son qoyaraq Əfqanıstandan qoşunlarını çıxarmasındaın bir neçə gün sonra, ötən həftə kişilərdən ibarət müvəqqəti hökumətini qurub.

ABŞ və beynəlxalq ictimaiyyət Kabildəki yeni hökumətlə diplomatik əlaqələr qurmadan əvvəl Talibanın həqiqətən də islah olub-olmadığını və keçmişdəki sərt siyasətini yumşaldıb-yumşaltmadığından əmin olmağa çalışırlar.

Ötən həftə əsasən başdan ayağa qara geyimdə olan qadın tələbələrdən ibarət bir qrup Kabil universitetində toplanın, daha sonra şəhərin küçələrində Talibanın geyim, habelə qadınlarla kişilər üçün ayrı sinif otaqlarının olması ilə bağlı qaydalarına dəstək məqsədilə nümayiş keçirib.

Əfqanıstanda dövlət universitetləri koronavirus pandemiyası səbəbilə bağlı olsa da, özəl universitetlər bir həftə öncə tədrisə başlayıb. Sinif otaqları isə pərdələrlə bölünüb.

Haqqani siniflərin cinsə görə ayrılmalarına dair qaydalar yaxında bütün ölkə boyu tətbiq olunacaq və hazırda tədris olunan fənlər də gələcək aylarda nəzərdən keçiriləcək.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG