Accessibility links

Taliban təklif olunan yeni Əfqanıstan hökumətinin ABŞ-la daha yaxşı əlaqələr qurmağa çalışacağını deyir


Taliban "qarşılıqlı hörmətə" əsaslanaraq ABŞ və ümumiyyətlə dünya ölkələri ilə diplomatik dostluq əlaqələri qurmağa çalışacaqlarını dedikləri Əfqanıstan hökumətini elan etməyə yaxındır.

Talibanın yüksək vəzifəli rəsmisi, Mədəniyyət Komissiyasının üzvü Bilal Kərimi Amerikanın Səsinə bildirib ki, elan üçün heç bir tarix təyin olunmayıb, ancaq "çox yaxında" veriləcək. O, bunu islamçı hərəkatın cümə günü hökumətini açıqlayacağına dair xəbərlərə cavab olaraq bildirib.

Beynəlxalq ictimaiyyət Talibanın Əfqanıstanın bütün etnik qruplarını təmsil edəcəkləri və Kabildəki əvvəlki müstəsna sərt rejimlərindən fərqli olaraq, xüsusilə qadınların hüquqlarına hörmətlə yanaşacağına dair vədlərini həyata keçirib-keçirməyəcəyini gözləyir.

"Bu, inklüziv, güclü mərkəzi olan və davamlı sistem və ya hökumət olacaq. Çox sayda ölkə ilə çox yaxşı münasibətlərimiz var və heç bir problem gözləmirik" - deyə, Kərimi Amerikanın Səsinə bildirib.

Britaniya cümə günü Talibanı vədlərini yerinə yetirməsi üçün cavabdeh tutacağını və “sözlərin əmələ çevriləcəyindən” əmin olacağını vurğulayıb.

Britaniyanın Xarici İşlər naziri Dominik Raab Pakistandakı çıxışı zamanı Britaniyanın Əfqanıstandakı "yeni reallıqlara" uyğunlaşmasını və ölkənin sosial və iqtisadi quruluşunun dağılmasını görmək istəmədiyini deyib.

"Yanaşmamız budur ki, biz Talibanı bir hökumət olaraq tanımırıq, ancaq birbaşa ünsiyyət qura bilmənin və əlaqə qurmağın vacibliyini görürük" – deyə, Raab bildirib.

Kərimi siyasi müavininin, qrupun həmtəsisçisi Molla Əbdül Qani Bəradarın yeni hökumətin lideri olacağı və təklif olunan razılaşmanın qonşu İranın hakim sistemi ilə bir qədər oxşar olacağı barədə mətbuatda yayılan məlumatları "yanlış" olaraq dəyərləndirib.

Taliban ötən ay təəccüblü dərəcədə sürətli hərbi qələbələrdən sonra Əfqanıstanın paytaxtına nəzarəti ələ keçirib və təxminən bir həftə ərzində ölkənin 34 əyalətindən 33-nü nəzarətə alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG