Accessibility links

Taliban: `Bu, daha çox amerikalının həyatı bahasına başa gələcək`


ABŞ prezidenti Donald Trampın üsyançı qrupla sülh danışıqlarını dayandırmasını qınayan Taliban bunun daha çox amerikalının həyatı bahasına başa gələcəyini deyib. Militant qrupun bəyanatına görə, ABŞ rəsmiləri Dohada əldə edilən razılaşmadan məmnun qalmışdılar və sentyabrın 23-də digər fraksiyaların danışılqlara qoşulmasını ehtiva edən növbəti addımın atılması planlaşdırılırdı.

ABŞ təxminən 20 illik müharibəyə son qoyacaq razılığı gözlənilməz şəkildə dayandıraraq, militantlara qarşı hərbi təzyiqləri davam etdirəcəyini vəd edib.

Bazar günü puştun dilində verdiyi açıqlamasında üsyançı qrup mübarizəni dayandırmayacağını və Birtləşmiş Ştatların danışıqlara qayıtmaq məcburiyyətində qalacağını bildirib.

Ötən həftəsonu Tramp Kabildə törədilən Taliban hücumu zamanı bir ABŞ əsgərinin və digər 11 nəfərin öldürülməsini əsas gətirərək militant qrupla sülh danışıqlarını təxirə salıb.


Belə bir bəyanat Taliban və Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad arasında tamamlanan sülh sazişi layihəsinin rəsmiləşdirilməsini gözləyən bölgədə şok yaradıb.


Bir neçə gün əvvəl Zalmay Xəlilzad Əfqanıstanın Tolo News telekanalına verdiyi müsahibəsində hər iki tərəfin ortaq bir razılığa gəldiyini, lakin razılığın prezident Trampın təsdiqləməsinin gözlənildiyini bildirmişdi.

Lakin paytaxt Kabil də daxil olmaqla Əfqanıstanda törədilən bir neçə böyük hücum Talibanın sülhə ciddi yanaşmadığı dair şübhələrə əsas verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG