Accessibility links

Taliban və Əfqanıstan hökuməti Türkiyədə sülh danışıqlarına qatılacaq


Türkiyənin Xarici İşlər Nazirliyinin çərşənbə axşamı verdiyi açıqlamada Taliban və Əfqanıstan hökumətinin Əfqanıstanda sülh prosesinə başlamaq üçün qarşıdan gələn danışıqlara qatılacağı bildirilir.

Xarici İşlər Nazirliyi döyüşən tərəflərin 20 illik münaqişəyə son qoyulması və “ədalətli və davamlı” siyasi həll üçün zəmin yaratmaq məqsədilə Türkiyənin ev sahibliyi edəcəyi 10 günlük sammitdə Birləşmiş Millətlər Təşkilatı və Qətərə qoşulacağını bildirib.

Türkiyə hökuməti həmçinin danışıqların Qətərin paytaxtı Dohada davam edən Əfqanıstan daxili danışıqları “sürətləndirmək və tamamlamaq” məqsədi daşıdığını bildirib.

Sammit ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması üçün 1 may tarixinə qədər danışıqlara başlanılması üçün ABŞ tərəfindən dəstəklənən səylərin bir hissəsidir.

Taliban və ABŞ bir il əvvəl hərbi qüvvələrin mayın 1-dən etibarən çıxarılması haqda razılaşmışdılar, lakin Bayden administrasiyası çərşənbə günü ABŞ əsgərlərinin Əfqanıstanı 11 sentyabr tarixinə qədər tərk edəcəyini bildirib.

Türkiyənin Talibanın danışıqlarda iştirak edəcəyini elan etməsi gözlənilməz olub, belə ki, Talibanın rəsmi nümayəndəsi bazar ertəsi üsyançı qrupun konfransa qatılmayacağını açıqlayıb, bu isə ABŞ-ın sülh planı hazırlamaq səylərini təhlükə altına alınmasına səbəb ola bilər.

Razılaşma əldə olunmayacağı təqdirdə Əfqanıstanda zorakılığın yaxın vaxtlarda güclənəcəyindən narahatlıqların mövcud olduğu bir vaxt ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad atəşkəs və sülh razılaşmasına dəstək almaq məqsədilə bölgəyə səfər edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu son bir həftə ABŞ-da və Körfəz regionundakı bəzi Ərəb ölkələrində həmkarlarını danışıqlara dəvət edərək, Əfqanıstanda sülhə nail olmaq üçün səyləri dəstəkləməyə təşviq edib.

XS
SM
MD
LG