Accessibility links

Taliban yeni hücumlara keçib


Talibanın Əfqanıstanın Fərəh vilayətindəki son hücumları nəticəsində hökumət qüvvələrinin 40-dan artıq əsgəri həlak olub.

Rəsmilər İranla sərhəddə yerləşən bu bölgədə Taliban yaraqlılarının polis bazasını hədəf aldığını bildirib.

Vilayət polis idarəsinin yüksək rütbəli rəsmisi Səyid Abdulla Əndarabi Amerikanın Səsinə bildirib ki, bir neçə saat sürən qarşıdurma zamanı təhlükəsizlik qüvvələrinin 32 əsgəri öldürülüb. Onlar arasında vilayət polisinin rəhbəri də olub. O, 9 əsgərin yaralandığını, 12-nin isə itkin düşdüyünü deyib.

Vilayət şurasının üzvləri isə hücum zamanı 40 nəfərin öldürüldüyünü bildirib.

Əndərabi Ruşte-Ko rayonunda Talibanla qarşıdurmalar nəticəsində bir neçə əsgərin öldürüldüyünü, bir çoxlarının yaralandığını əlavə edib.

Bu həftənin əvvəlində Fərəh vilayətində Taliban hücumu nəticəsində 50 polis işçisi həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG