Accessibility links

Əfqanıstanda azad edilən 600 Taliban üzvü yenidən həbs edilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ABŞ ilə qiyamçı qrup arasında sülh razılaşması çərçivəsində həbsdən azad edilən 600 Taliban üzvü yenidən həbs edilib.

Əfqanıstanın milli təhlükəsizlik müşaviri Həmdullah Mohib bazar günü sözügedən şəxslərin hökumət qüvvələri və mülki şəxslərə qarşı ölümcül hücumlar hazırlamaqda ittiham edib.

ABŞ və Taliban 2020-ci ilin fevral ayında məhbusların azad edilməsi haqqında saziş imzalayıb. Razılığa əsasən Taliban əsir götürdüyü 1000 hökumət və hərbi personalı, hökumət isə 5000 Taliban məhbusunu azad etməli idi.

Mohib Kabildə jurnalistlərə verdiyi açıqlamada məhbusların sərbəst buraxılmasının sülh səylərini təmin etmədiyini və hökumətinin əlavə Taliban üzvlərini azad etməyəcəyini təkrarlayıb.

Müşavir deyib ki, azad edilmiş 600 nəfərin döyüşlərə yenidən qayıətmayacağı vədlərinə baxmayaraq, onlar Talibanla birlikdə döyüşüb.

Mohib əlavə edib ki, kəşfiyyat məlumatları sərbəst buraxılan digər Taliban məhbuslarının da mülki şəxslər və Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı ölümcül hücumların təşkiliində iştirak etdiyini bildirib.

O, Taliban qüvvələrini zorakılıqların azaldılması və ümummilli atəşkəs yolunda irəliləmək öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG