Accessibility links

Hilal Məmmədova dövlətə xəyanət ittihamı irəli sürülüb


Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru
Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru

Hüquq mühafizə orqanları “Talişi Sədo” qəzetinin baş redaktorunun İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən

Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədova qarşı yeni ittiham irəli sürülüb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə bağlı ittiham irəli sürülüb. Bundan öncə isə H. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə iyunun 21-də həbs qətimkan tədbiri seçilib.
Məlumatda deyilir ki, istintaq zamanı Hilal Məmmədovun qanunvericilikdə təsbit olunan hüquqi yardım almaq, müdafiəçiyə malik olmaq, ifadə verməkdən, istintaq hərəkətində iştirakdan imtina etmək hüquqları tam təmin olunub, bütün prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə həyata keçirilib.
Cinayət işinin mürəkkəb və çoxepizodlu olması baxımından istintaqın tamlığının, hərtərəfliliyinin və obyektivliyinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Birgə məlumata görə, istintaqla müəyyən edib ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan H.Məmmədov 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait alıb.
Verilmiş tapşırıqlar əsasında Hilal Məmmədov respublikaya qarşı düşmənçilik fəaliyyəti aparmaqda istifadə olunması üçün zəruri məlumatları toplayıb İranın kəşfiyyat qurumuna ötürüb, eləcə də belə məlumatlara malik şəxsləri müəyyənləşdirib həmin təşkilatın nümayəndələri ilə əlaqələndirərək casusluğu ilə dövlətə xəyanət edib.
Cinayətkar fəaliyyətini davam etdirən H.Məmmədov dövlətin konstitusiya quruluşunun təhlükəsizliyini sarsıtmaq məqsədilə yuxarıda adı çəkilən Əbdoli Əli Həmzəli oğlu və digərləri ilə cinayət əlaqəsinə girərək, qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda İranda keçirilən konfranslardakı çıxışlarında, “Səhər-2” televiziya kanalındakı müsahibələrində, “Tolişi Sədo” qəzetində dərc olunmuş məqalələrində və tərcümə etdirərək yaydığı kitablarda Azərbaycan ərazisində yaşayan azsaylı xalqların həyatına, mədəniyyətinə, ənənələrinə, tarixinə inam və hörməti sarsıdan fikirlər bildirib, aşkar surətdə milli ayrı-seçkiliyin və düşmənçiliyin salınmasına yönələn hərəkətlər edib.
Hilal Məmmədovun hüquqlarını ictimai müdafiə komitəsinin həmsədri Rafiq Cəlilov hesab edir ki, “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədova qarşı dövlətə xəyanət ittihamı absurddur. “Narkotik saxlamaq ittihamından sonra dövlətə xəyanət və milli ədavəti qızışdırma ittihamı absurddur”, - deyə o bildirib.
Cənab Cəlilov dövlətə xəyanət ittihamını rayon polisinin müstəntiqinin irəli sürməsindən təəccüb ifadə edir. “Bu, MTN-in müstəsna hüququdur”.
Onun sözlərinə görə, “narkotik işinin” istintaqı zamanı Bakının Nizami rayon Polis İdarəsinin müstəntiqi birdən müəyyən edib ki, Məmmədov “dövlətə xəyanət edib”. Yəni İranla əlaqələrdə olub. Bu, gülüncdür: ölkə vətəndaşlarının yarısının Rusiya və İranla əlaqəsi var”, - deyə Cəlilov bildirib.
”Milli ədavəti qızışdırmağa gəlincə, söhbətin nədən getdiyi məlum deyil, - Cəliov vurğulayıb. H. Məmmədov milli ədavəti qızışdırmayıb, əksinə, xalqlar dostluğuna tərəfdar olub, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının hüquqlarını qoruyub.
Hüquq müdafiəçiləri bildirir ki, Hilal Məmmədovun “Tı kto takoy, davay do svidaniya” (Sən kimsən? Çıx get) rədifli meyxananı sosial şəbəkələrdə yerləşdikdən sonra həbs edilib. Video böyük populyarlıq qazanıb. Rusiya müxalifəti bu meyxana əsasına “Putin, tı kto takoy? Davay do svidaniya” reklam roliki düzəldib. Hazırda videoloraı 10 milyondan çox insan izləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG