Accessibility links

İtaliyada zəlzələ baş verib


İtaliyanın şimalında baş vermiş 6 bal gücündə zəlzələ azı dörd adamın həyatına son qoyub, onlarla adamı yaralayıb, və çox sayda binaları zədələyib.

ABŞ Geologiya İdarəsi bildirir ki, zəlzələnin episentri Boloniya şəhərindən 35 kilometr şimal-şərqdə, 6 kilometr dərinlikdə olub.

Səhər saat 4-də baş ver zəlzələ şəhər sakinlərini panika içərisində küçələrə qaçmağa vadar edib.

Sant Aqostino şəhərində keramika zavodunun uçması nəticəsində üç adam həlak olub. Başqa birisi Ponte Rodoni do Bondeno qəsəbəsində ölüb.

Zəlzələnin ardınca titrəyişlər baş verib. Bir saat sonra baş verən titrəyiş 5.1 bal gücündə olub.

XS
SM
MD
LG