Accessibility links

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında TANAP üzrə müqavilə imzalanıb (Yenilənib)


Trans-Anatolian Natural Gas Pipeline (TANAP)
Trans-Anatolian Natural Gas Pipeline (TANAP)

Yanvarın 6-da Azərbaycan hökuməti, Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti (CQD) və Dünya Bankı arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 400 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin Baş direktoru Əfqan İsayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mercy Tembon, kredit müqavinə dair zəmanət sazişi isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Mercy Tembon arasında imzalanıb.

Əfqan İsayev, Mercy Tembon və Samir Şərifov
Əfqan İsayev, Mercy Tembon və Samir Şərifov

Maliyyə naziri Samir Şərifov bildirib ki, beynalxalq maliyyə qurumları ard-arda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün dəstək verir və bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinə inam və etibarının bariz nümunəsidir.

“Dünya Bankından başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də müvafiq maliyyə dəstəkləri təsdiqlənib. Prezident İlham Əliyev layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulamışdır. Bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycan Respublikasıdır”.

Nazir deyib ki, Dünya Bankından və digər mənbələrdən cəlb olunan kreditlər gələcəkdə bu layihədən əldə ediləcək gəlirlər hesabına Cənub Qaz Dəhlizi Şirkəti tərəfindən ödəniləcək.

Dünya Bankının regional direktoru Mercy Tembon əmindir ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabət qabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək.

Dünya Bankının Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "CQD" QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ alıb.

Kredit “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə, Türkiyənin BOTAŞ şirkətinə isə 29 il müddətinə verilib.

Şərtlərə görə, CQD və BOTAŞ-ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.

Qeyd edək ki, Dünya Bankı borcu LİBOR+1% dərəcəsi ilə ayırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG