Accessibility links

Tanınmış boksçu dünyasını dəyişib


Tanınmış boksçu dünyasını dəyişib
Tanınmış boksçu dünyasını dəyişib

Ağır çəkidə boks üzrə sabiq dünya çempionu Co Frayzer xərçənglə qısa müddətli mübarizədən sonra 67 yaşında dünyasını dəyişib.

O, Məhəmməd Əli ilə çoxsaylı şəxsi və peşakar döyüşləri ilə tanınırdı. Frayzer 1971-ci ildə ağır çəkidə Məhəmməd Əlini ilk dəfə məğlub edən şəxs kimi tarixə düşüb. 15 raund davam edən dramatic döyüş Nyu-Yorkun Madison Meydanında baş tutmuşdu.

Əsrin döyüşü adını qazanan bub oks mücadiləsini dünya boyu 300 milyon insanın izlədiyi iddia edilir. Döyüşdən sonra hər iki boksçu ciddi xəsarətlərlə xəstəxanaya aparılıb.

Frayzer 1976-cı ildə karyerasına 32 qələbə 4 məğlubiyyət və 1 heç-heçə ilə son qoyub.

Boksçunun ailə üzvləri bildirib ki, o, Filadelfiyada böyüdüyü üvdə dünyasını dəyişik. Co Frayzerə bir ay əvvəl qara ciyər xərçənginin inkişaf etmiş forması diaqnozu qoyulmuşdu.

XS
SM
MD
LG