Accessibility links

Tanrının “poçt qutusu” təmizlənib [Video]


Tanrının “poçt qutusu” təmizlənib
please wait

No media source currently available

0:00 0:01:15 0:00

Tanrının “poçt qutusu” təmizlənib

Qüdsdə Məbəd dağının qərbində yerləşən Ağlama Divarı qədim yəhudi məbədinin bir hissəsidir. Deyilənə görə, Ağlama divarının daşları arasına içərisində arzularının yazıldığı kağızları yerləşdirib, əllərini divara qoyub nəyisə ürəkdən istəyəndə arzular mütləq gerçəkləşir.

Çərşənbə axşamı uzun çubuqlarla təchiz edilmiş təmizləyicilərdən ibarət qrup Ağlama Divarının aralarında toplanan kağızların təmizlənməsi ilə məşğul olub.

Divarda həmişə yerin təmin edilməsi üçün məbədin ravvini ildə iki dəfə burada toplanmış minlərlə qeyd vərəqələrinin təmizlənmə prosesinə nəzarət edir. Toplanan kağızlar mərasimə uyğun olaraq Qüdsün Zeytun dağında yerə basdırılır.

Ağlama Divarı eramızın 70-ci ilində məhv edilmiş İkinci Məbədin tərkib hissəsidir. Bu gün divar müsəlmanların Haram Əl-Şərif, yəhudilərin isə Məbəd dağı kimi dini əhəmiyyətli məbədlərinin aşağı hissəsində yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG