Accessibility links

Tanzaniya COVİD məhdudiyyətlərinə əməl etmir


Tanzaniya COVİD məhdudiyyətlərinə əməl etmir
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Müsəlman dünyasının bir çox ölkəsi müqəddəs Ramazan ayında koronavirus məhdudiyyətləri tətbiq etdiyi halda, əhalisinin üçdə birindən çoxu müsəlman olan Tanzaniya bunu etməyib. Prezident Samiya Suluhu Həsənin yeni administrasiyası hələ qlobal səhiyyə tövsiyələrinə əməl etməyib.

Məryam Kirinqo hər il müqəddəs oruc ayına əməl edir. İndi o, ərəb dilində İftar adı ilə tanınan orucu açmaları üçün ailəsi və dostları üçün axşam yeməyi hazırlayır.

Kirinqo koronavirus pandemiyasına baxmayaraq, bu dövrdə bir araya gəlməyin böyük bir uğur olduğuna inanır. “Allaha şükür edirik ki, iftar yeməyini qohumlarımızla birlikdə yemək fürsətimiz var. Digər ölkələrdə fərqlidir. Koronavirus məhdudiyyətlərinin Ramazan ayında insanların bir araya gəlməsinə imkan vermədiyini eşidirik. Tanzaniyada da koronavirusun olduğunu eşidirik, amma Ramazan ayında bir araya gəlməyimizi qadağan edəcək böyük bir təhlükə yoxdur.”

Koronavirus pandemiyası bütün dünyada sosial və iqtisadi həyatı dağıdıb. Lakin Tanzaniyada hər şey əvvəlki kimi normal görünür və az sayda insan sosial məsafəni qoruyur və ya üz maskalarından istifadə edir.

Virusun olmasına baxmayaraq, müsəlman liderlər məscidlərdə namaz qılmağın və tədrisin davam etdiyini deyir. İmam Mursalina Əli Məveri “Bütün problemlərimizi Allaha yönəltmişik və o, bu koronavirus fəlakətinə qarşı bizə yardım edir və biri qoruyur. Dini tədrislərə gəldikdə, onlar da yaxşı gedir. Allahdan qorxduqları və Tanrı tərəfindən lütfə ehtiyacları olduğu üçün gələnlər çoxdur.“

Tanzaniya COVID-19-a yoluxanları saymağı keçən ilin may ayında, o vaxtkı prezident Con Maqufulinin ölkəni koronavirusdan azad elan etdikdən sonra dayandırıb.

İndi ibadət edənlər yoluxmalar barədə nə düşünür? “Koronavirus haqqında şayiələr xeyli azalıb və tanzaniyalılar indi başqa problemlər haqda danışır” - deyə, dindar Mövlüd Uvesu İslaili bildirir.

Mvanahamis Məhəmməd “Qorxmuram, çünki Allahdan asılıyam. Üz maskası taxsam belə, virusa yoluxa bilərəm, çünki onu Allah gətirib” deyir.

Con Maqufuli keçən ay rəhmətə gedib və iki həftə əvvəl Samiya Suluhu Həsən hökumətin COVID-19-a qarşı mübarizə aparacaq bir komitə yaradacağını bildirib.

XS
SM
MD
LG