Accessibility links

Tanzaniyanın unikal saat sistemi [Video]


Tanzaniyanın unikal saat sistemi
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Tanzaniyaya səfər edəndə ilk yerli vaxta nəzər yetirməlisiniz.

Tanzaniyanın paytaxtında şəfəqdir.

Yerli svahili dilində gündüz işığının ilk saatı saat 1 olur.

Svahili dilində 12 saat gündüz, 12 saat gecə olur. Günəş qürüb edəndə, biz 1, 2, 3 deyə saymaya başlayırıq, günəş doğana qədər.
Lusunqa Benela

“Bu həmişə belə olub. Bizə də atalarımızdan keçib. Burada insanlar hər zaman şəfəq saatına 7 əvəzinə, 1 deyiblər. Mən də öz uşağıma belə öyrədirəm,” deyə Dar Es Salaam sakini Epimak Şayo bildiir.

Svahili dili müəllimi Lusunqa Benela xarici tələbə və işçilərə buradakı vaxta öyrəşməyə yardım edir.

“Svahili dilində 12 saat gündüz, 12 saat gecə olur. Günəş qürüb edəndə, biz 1, 2, 3 deyə saymaya başlayırıq, günəş doğana qədər,” o deyir.

Ekspertlər deyir ki, bu sistemin yaranmasına səbəb Tanzaniyanın ekvatora yaxın olmasıdır.

Svahili vaxtı təkcə Tanzaniyada istifadə olunmur. Şərqi Afrika boyu milyonlarla insan svahili dilində danışır. Amma qonşularından fərqli olaraq Tanzaniya svahilini yeganə rəsmi dili elan edib və bu dili milli qürür mənbəyi olaraq təbliğ etməyə çalışır.

Hökümət ofisləri səhər saat 8-də açılır. Onların vaxt sistemi ilə isə bu saat 2 deməkdir.

Svahili vaxtı müstəmləkə dövründə təqdim olunan ingilis vaxtı üzərində üstünlüyü qoruyub saxlayıb. Amma indi bəzi dəyişikliklər olunur.

“Mən telefonumdakı saatı istifadə etdiyim saatdan fərqli olaraq qurmuşam, çünki müasir dünya ilə ayaqlaşmağa çalışıram. Əgər saatımı 4 əvəzinə 10-a qursam və saatın 10 olduğunu desəm, insanlar məni köhnə-fikirli olaraq görməyəcək,” universitet tələbsi Pol Ladislaus söyləyir.

Tanzaniya
Tanzaniya

Bu iki saat sistemindən eyni anda istifadə çaşqınlığa səbəb olur.

“Müştəri sənə deyir ki, saat 5-də onu götürəsən və o axşam 5-i nəzərdə tutur. Amma mən səhər 11-də gedirəm, çünki 5 mənim üçün 11 deməkdir,” deyə taksi sürücüsü Qasım Ömər bildirir.

Lakin yerlilər deyir ki, onlar hələ uzun illər svahili vaxtından istifadə etməyə davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG