Accessibility links

Tanzanyada bina çöküb


Afrika ölkələrində binaların çökməsi mütəmadi hal alıb

Tanzanya rəsmiləri Dar əs Salamda yaşayış binasının dağılması nəticəsində həyatını itirən 34 nəfərin içərisində uşaqların da olduğunu deyib.

Rəsmilər tikintisinin başa çatmasına az qalmış 16 mərtəbəli binanın uçmasından 18 nəfəri xilas etdiklərini bildirib.

Xilasedicilər dağıntılar altından daha çox insanın xilas edəcəklərinə ümid edirlər.
Rəsmilər bildirir ki, onlar bina uçmasının səbəblərini araşdırırlar və hadisə ilə əlaqədar dörd nəfəri istintaqa cəlb ediblər.

Afrikanın bir çox ölkələrində bina uçmaları adı hal alıb. Müşahidəçilər bu halları tikinti standartlarının zəif olması ilə əlaqələndirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG