Accessibility links

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlər saxlanılıb


Yanvarın 18-də Bakı metrosunun “İşərişəhər” stansiyasının yaxınlığında açılışı olan xeyriyyəçi, neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin heykəlinin zədələnməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Heykəlin zədələnməsi ilə bağlı iki nəfər saxlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xatırlatma

2019-cu il martın 1-də prezident İlham Əliyev bir qrup mədəniyyət və incəsənət işçisini qəbul etmişdi. Orada Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin qoyulması təklfi olunmuşdu.

Tağiyev XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycanda xeyriyyəçilərdən biri olub.

O, neft maqnatı sayılırdı. Bakıya Şollar su kəmərinin çəkilməsində, 100-lərlə gəncin xaricdə təhsil almasında, ilk Qızlar Məktəbinin açılmasında xidmətləri olub.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə doğulub, 1924-cü ildə vəfat edib.

XS
SM
MD
LG