Accessibility links

Tariflərin ABŞ-da pivə sənayesinə təsiri


Tariflərin ABŞ-da pivə sənayesinə təsiri
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Tramp administrasiyasının daxili sənayelərə təkan vermək və ABŞ-dakı iş yerlərini qorumaq üçün idxal olunan polad və alüminiuma tətbiq etdiyi tariflər ABŞ iqtisadiyyatının bir çox sahəsinə geniş-miqyaslı təsirlər göstərir.

Dən Kət 2016-cı ildə Viskonsin ştatının Miluoki şəhərində Good City Brewing adlı pivə sexini açanda Tramp administrasiyası ilə Çin arasında ticarət müharibəsinin olacağını təssəvür belə etmirdi.

Biz həmişə məhsullarımızı metal bankalarda satmağı planlaşdırırdıq. Biz ən böyük xərcimiz olan qablaşdırmanın tariflərin təsirinə məruz qalacağını təsəvvür etmirdik.
Dən Kət

“Biz hətta bu administrasiyanın var olacağını belə düşünmürdük”, o deyir.

Kət pivəsini şüşə butulka əvəzinə metal bankalarda satmağın ona ziyan vuracağını da düşünmürdü.

“Biz həmişə məhsullarımızı metal bankalarda satmağı planlaşdırırdıq. Biz ən böyük xərcimiz olan qablaşdırmanın tariflərin təsirinə məruz qalacağını təsəvvür etmirdik" - Kət deyir.

Kətin metal bankaları 30 faizi xarici təchizatçılardan, əsasən də Çindən gələn alüminiumdan hazırlanır. Xarici alümiuma isə indi 10 faizlik tarif tətbiq olunur.

“Alüminiumun qiyməti narahatlıq doğurur. Biz alanda bir dəfəlik təxminən 215 min banka alırıq”, Kət söyləyir.

Kət bu bankaların üç ay istifadə olunduğunu deyir.

“Onların qiyməti bir sent artsa belə, bu, 15 faizlik artım deməkdir. Qablaşdırma sexdə pivənin özündən sonra ən böyük xərcimizdir. Və biz qablaşdırma materiallarının xərclərinin 2019-cu ilə artacağını gözləyirik”, o deyir.

“Tariflər Amerika vətəndaşlarına tətbiq olunan vergidir. Biz polad və alüminiuma tarif tətbiq edəndə, Birləşmiş Ştatlarda polad və alüminiumun qiyməti artır”, Brayan Kuehl söyləyir.

Polad
Polad

Brayan Kuehl tariflər əleyhinə aktiv kampaniya aparan “Azad Ticarəti Dəstəkləyən Fermerlər” qrupunun icraçı direktorudur. Prezident Tramp isə bu tariflərin iş gördüyünü təkid edir.

“Biz Çinin çox aqressiv ticarət əməllərinə qarşı mübarizə aparmaqla Amerikada iş yerlərini bərpa etmək üçün tarixi addım atmışıq. Bu, Çinə milyardlarla dollar vergi tətbiq etməklə mümkün olacaq. Bu, daha öncə baş verməyib. İndi onlar razılıq əldə etmək istəyir, bu da müsbət bir haldır, çünki mənim onlardan xoşum gəlir, mənim onların prezidenti, prezident Şidən xoşum gəlir. İnanıram ki, biz ədalətli razılıq əldə edəcəyik” – deyə, Tramp bildirib.

“Biz Çinlə hazırda gedən ticarət müharibəsinin doğru istimaqətdə irəlilədiyini düşünmürük. Biz düşünürük ki, bu vəziyyət ABŞ istehsalçıları və ABŞ fermerlərinin xərclərini artırır, ixrac imkanlarını isə azaldır. Biz Amerika kənd təsərrüfatına və bizim xarici bazarlarda rəqabət aparmaq imkanlarınmıza uzun müddətli ziyan vururuq”, Kuehl deyir.

Biz Çindən gələn avadanlıq və polad alırıq. Bu isə bizim üçün naratlıq doğurur.
Dən Kət

Kət bu xarici bazarlara pivə ixrac etməsə də, məhsulunu qablaşdırmaq üçün istifadə etdiyi alüminium və pivəni hazırlayan avadanlıqlarda istifadə olunan polad üçün bu xarici bazarlardan asılıdır.

“Biz Çindən gələn avadanlıq və polad alırıq. Bu isə bizim üçün naratlıq doğurur”, o söyləyir.

Kət deyir ki, onun şirkəti tariflərin qısa müddətli təsirlərinə baxmayaraq inkişaf etməyə davam edəcək, lakin ümid edir ki, o, artan xərclər səbəbilə pivənin qiymətini artırmağa məcbur qalmadan ABŞ və Çin ticarətlə bağlı razılıq əldə edəcək.

XS
SM
MD
LG