Accessibility links

Tarixçi alimin Əhməd bəy Ağaoğlu barədə yeni kitabı nəşr olunub


Aydın Balayevin Əhməd bəy Ağaoğlu barədə kitabı

Tarixçi Aydın Balayevin “Əhməd bəy Ağaoğlu: dahi mütəfəkkir, qorxmaz fədai və yorulmaz millət qurucusu (1869-1939)” adlı yeni kitabı Bakıda Jeko Print Çap Evi tərəfindən nəşr edilib.

Kitabda müsəlman Şərqində modernləşmə hərəkatının ən ardıcıl tərəfdarı və türkçülük məfkurəsinin yaradıcılarından biri olan mütəfəkkir və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığından bəhs edilir.

Müəllif çoxsaylı tarixi qaynaqlara əsaslanaraq, 50 ildən artıq bir zaman kəsiyində bu şəxsin ideoloji və siyasi görüşlərinin təkamül prosesini, eləcə də əməli fəaliyyətini işıqlandırmağa çalışıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Aydın Balayevin Əhməd bəy Ağaoğlu barədə kitabı
Aydın Balayevin Əhməd bəy Ağaoğlu barədə kitabı

Əhməd bəy Ağaoğlu (1869 – 1939) Azərbaycan və Türkiyədə ictimai-siyasi xadim kimi tanınıb. O Fransada təhsil aldıqdan sonra 1896-cı ildə Şuşada ilk kitabxana açıb. 1897-ci ildə Bakıya gəlib və Əli bəy Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq edib.

1908-ci ildə İstanbula köçüb. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlib, Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda parlamentə üzv seçilib. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da olub. Lakin İstanbula çatanda İttihad və Tərəqqi partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunub. Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik edib. "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olub, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub.

Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşıdır. O doxsanadək elmi əsərin müəllifidir. Balayevin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG