Accessibility links

Xalq Cümhuriyyətinə aid 36 min səhifəlik sənədlər Azərbaycana təhvil verilib


İsveçrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsinin kitabxanasında olub. Xəbəri Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi yayıb.

Kitabxananın müdiri Françesko Pisano BMT Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşdiyini və bu arxivin Azərbaycan üçün misilsiz əhəmiyyətə malik olduğunu söyləyib: "Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir çox tarixi sənədlərin əsli qorunub saxlanılır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur".

Bu sənədlərin yüksək əhəmiyyəti nəzərə alınaraq 2016-cı ilin sonunda Azərbaycanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Ermənistana və Gürcüstana aid ümumilikdə 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb və elektron daşıyıcı oktyabrın 3-də Mixael Möller tərəfindən Azərbaycan tərəfə təhvil verilib.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. 1920-ci il aprelin 28-nə kimi mövcud olub. 1920-ci il bolşeviklərin işğalı ilə süqut edib.

Qeyd edək ki, Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə oktyabrın 3-də BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin açılışı olub. Adı çəkilən həmin sənədlər bu çərçivədə Azərbaycana verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG