Accessibility links

Tarixin bənzərsiz Olimpiya Oyunları sosial məsafə qaydaları ilə açılışını etdi


Cümə günü pandemiya səbəbindən bir il gecikmədən sonra Tokio Olimpiya Oyunlarına təntənəli açılış mərasimi ilə start verildi.

Açılış Tokionun Olimpiya Stadionunda on minlərlə boş oturacağın fonunda baş tutub. COVID-19 səbəbindən tədbirə yalnız 900-ə yaxın qonaq və rəsmi şəxs qatılıb.

“Duyğu ilə Birləşmiş” mövzulu açılış mərasimi bu günə qədər keçirilmiş ən qeyri-adi Olimpiya Oyunlarının ən normal elementlərindən biri sayıla bilər.

Atəşfəşanlıq, dronlar, musiqi tamaşaları kimi tanış elementlərlə oyunlara start verildi.

Atletlər həmişəkindən daha kiçik qruplarla və sosial məsafə saxlamaqla millətlərin paradında yürüş edərək ölkələrinin bayraqlarını dalğalandırıb.

"Minimum 1 metr və bəlkə də 2 metr sosial məsafəyə ehtiyac var və onlar hər zaman olduğu kimi maskalar taxmaq məcburiyyətində qalır" deyə 2020 Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəsmisi Hidemasa Nakamura bildirib.

Yaponiya ictimaiyyəti isə ölkədə COVID-19-a yoluxmaların artması səbəbindən oyunların keçirilməsinə tamamilə qarşıdır.

Cümə günü təkcə Tokioda virusa 2000 yeni yoluxma halı qeydə alınıb. Bu da onsuz da fövqəladə vəziyyət elan edilmiş şəhərədə son altı ayda qeydə alınımış ən yüksək göstəricidir.

Paytaxdakı oyunlara kütləvi tamaşa yerləri qadağan edilib. Barlardan spirtli içkilərin satlmaması istənilib.

İndiyə qədər Olimpiada ilə əlasi olan 106 nəfərin COVID-19-a yoluxduğu bildirirlir. Yoluxanlar arasında bir neçə idmançı da var. Təşkilatçılar yoluxmaların nisbətinin çox aşağı olduğunu deyərək Olimpiya Kəndində yoluxmaların arta biləcəyinə dair narahatlıqlara məhəl qoymur.

“Virusa yoluxmaların olmadığı bir yer yoxdur. Bu mümkün deyil. Buna görə bəzi hallar ortaya çıxacaq. Vacib olan müsbət test nəticələrini tez bir zamanda müəyyənləşdirmək və onları təcrid etmək bacarığıdır. Və biz inanırırıq ki, təhlükəsiz oyunların keçirilməsi üçün bunu yaxşı təşkil etmişik" deyə Nakamura bildirir.

Hər Olimpiya Oyunları keçirildiyi ölkənin ictimaiyyəti tərəfindnən müəyyən narazılıqlarla qarşılansa da, Tokio Olimpiya Oyunları bu məsələdə ən öndə gedəni oldu.

COVID-19 qorxusundan əlavə oyunların xərcləri planlaşdırlandan qat-qat yüksək oldu. Digər tərəfdən bu ilin əvvəlində təşkilat komitəsinin rəhbəri qadınlar barədə dediyi fikirlərdən sonra istefa verməyə məcbur qaldı.

Üstəlik bu həftə açılış mərasiminin direktoru Kentaro Kobayaşi 1998-ci ildəki komediya tamaşasında Holokostu ələ saldığı görüntülərinin ortaya çıxmasından sonra işdən qovuldu.

Oyunlar o qədər toksik mühitdə baş tutur ki, hətta böyük sponsorlar iştirakdan imtina edib. Bu həftənin əvvəlində ölkənin ən tanınmış brendlərindən biri olan Toyota Yaponiyada olimpiadalarla əlaqəli heç bir televiziya reklamı yayımlamayacağını və şirkətin yüksək vəzifəli rəsmilərinin açılış mərasiminə qatılmayacağını açıqlayıb.

Mübahisələrə baxmayaraq təşkilatçılar ümid edirlər ki, yarış başlayandan sonra diqqət idmana yönələcək.

XS
SM
MD
LG