Accessibility links

Tarixin Qara Səhifələri: Asiya Sunamisi [Video]


Asiya Sunamisi
please wait
Embed

No media source currently available

0:00 0:04:44 0:00
2004-cü il dekabrın 26-da İndoneziyanın Sumatra adasından qərbdə, Hind Okeanının dibində 9.1 və 9.3 bal gücündə seysmoqrafiyada qeydə alınmış ikinci ən güclü zəlzələ baş verdi. Səkkiz dəqiqə davam edən bu zəlzələ tarixdə ən uzun sürən zəlzələ və səkkizinci ən ölümcül təbii fəlakət idi. Az sonra bu zəlzələ dünyanın bəzi yerlərində Asiya Sunamisi adı alan bir neçə dəhşətli sunaminin yaranmasına səbəb oldu.

Dəniz yatağı gözlənilmədən şaquli vəziyyət alaraq İndoneziya, Hindistan, Şri Lanka və Tailand kimi ölkələrin sahillərindən çəkildi və güclü təyziqlə geriyə, sahilə istiqamət aldı.

Digər sunamilər kimi bu faciəli hadisənin effekti dərin sularda dayaz sulardan fərqli idi.

Uzaqdan dəniz dalğalarının cəld irəlilədiyi çox da hiss edilmirdi. Lakin dayaz yerlərdə suyun kütləvi axını sahil rayonlarda sunaminin sürətini azaltdı və təxminən 30 dəqiqə sahilin içərilərinə axan nəhəng dalğaların yaranmasına səbəb oldu.

Üçüncü sunami ən nəhəng və ən fəlakətli nəticələr verdi. 30 metr hündürlüyə çatan bu sunami şəhərlər və kəndləri viran qoydu və iki kilometr sahilin içərisinə doğru irəlilədi.

Hesablamalara görə dalğanın təyziqi beş meqaton TNT adlı partlayıcı maddə gücündə idi. Bu, bütün II-ci Dünya Müharibəsi zamanı istifadə edilən partlayıcı maddələr və Hiroşima ilə Naqasaki faciələrində istifadə olunan atom bombasından iki dəfə güclü idi.

Şimaldan cənuba 1600 kilometri əhatə edən və şərqdən qərbə irəliləyən dalğa geniş ərazini əhatə edirdi. Şimalda yerləşən Banqladeşdə turist qayığının suya qərq olmasından sonra cəmi iki nəfərin həlak olması barədə məlumat verilmişdi.

Digər ölkələrin isə o qədər də bəxti gətirmədi. Sahildən uzaqda olmaq heç də təhülkəzilik demək deyildi. Afrika qitəsinin şimal-şərq sahilindən 400-500 kilometr məsafədə yerləşən Somalidə 300 nəfər həyatını itirdi və 5000 nəfər evindən didərgin düşdü.

Fəlakətdən ən çox zərər çəkmiş İndoneziyada 170 min insan həlak oldu. 2005-ci ildə bu rəqəmin əslində 220 min olduğu aydın oldu. Hindistan, Tayland və Şri Lankada insan təlafatının sayı 300 min idi….. 1.7 milyon insan isə evlərindən didərgin düşdü.

Ölənlərin cəminin dörtdə üçü uşaqlar idi. Digər hesablamalar hadisədə ölən qadıların sayının kişilərdən dörd dəfə çox olduğunu göstərirdi. Hadisə zamanı 500 isveçrəli və almaniyalı turist həyatlarını itirdi.

Bu dəhşətli hadisədə cəsarətli və maraqlı hadisələrdə olmuşdu. Tailandın Fuket vilayətində 10 yaşlı britaniyalı qız suyun geri çəkildiyini gördükdə coğrafiya dərsində öyrənndiyi dərsi xatırlamış və dərhal baş verəcək təhlükə barədə valideyinlərini xəbərdar etmişdi. Daha sonra onlar çimərlikdəki hər kəsi xəbərdar etmiş və insanların salamat evakuasiyasına nail olmuşdular.

Fəlakətin miqyası qlobal səviyyədə olduğundan zərər çəkmiş yerlərə yeddi milyard dollar dəyərində yardım çatdırılmışdı.
XS
SM
MD
LG