Accessibility links

"Traktorsazi"nin oyunu zəlzələdən zərər çəkənlərlə həmrəylik aksiyasına çevrildi



İran milli futbol çempionatında oynayan Tərbrizin Traktorsazi, ya da həvəskarların Tıraxtur adlandırdığı komandasının azarkeşləri zəlzələdən sonra qışın soyuğunda evsiz qalan azərbaycanlılarla həmrəylik nümayiş etdirmək üçün stadionda geyimlərini soyunublar. Azərbaycanlı azarkeşlərin bu simvolik aksiyası komandanın dekabrın 3-də İranın Perspolis komandası ilə matçın 20-ci dəqiqəsində Tehranın Azadi stadionunda baş verib. Matç Təbriz komandasının xeyrinə 1-0 hesabla nəticələnib.

Traktorsazi adıyla fəaliyyət edən saytlar və ictimai şəbəkələrin yazdığına görə, komandanın azarkerşləri bu aksiya ilə qışın soyuğunda zəlzələ bölgələrində evsiz qalmış insanların səsini mediaya çatdırmaq istəyiblər.

Bu il avqustun 11-də Təbriz yaxınlığında baş verən 6.2 bal gücündə zəlzələ nəticəsində rəsmi statistikaya görə 306 nəfər ölmüş, xəsarət almış 400-dən artıq kəndin 65-də isə bütün evlər dağılmışdır.

İran xəbər agentliklərin bildirdiyinə görə, zəlzələdən təqribən 4 ay keçdikdən sonra əhalinin təqrbən 80 faizi hələ də çadırlarda yaşayır. Yerli jurnalistlər soyuq nəticəsində kəndlərdə ağciyər iltihabı kimi xəstəliklərin yayılmağa başladığı haqda xəbər verirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG