Rusiyanın Tehrandakı səfirliyinin cümə günü bildirdiyinə görə, rusiyalı jurnalist Yuliya Yuzik bu həftənin əvvəlində İranın paytaxtında həbs edilib.
Səfirliyin mətbuat katibi İran rəsmilərinin keçən bazar günü Tehrana gələn TASS xəbər agentliyinin müxbiri Yuliya Yuzikin pasportunu heç bir səbəb söyləmədən əlindən aldıqlarını bildirib.
Yoldaşına zəng edən jurnalist İranın onu İsrailə casusluqda ittiham etdiyini deyib.
Yuzik çərşənbə günü qaldığı mehmanxanada həbs edilib.
Səfirliyin nümayəndəsi jurnalistin hansı səbəbdən həbs edildiyi barədə heç nə deməyib.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dediyinə görə, İranın Moskvadakı səfiri Yuzikin həbsi barədə məlumat verməsi üçün nazirliyə çağırılıb.
Yuzikin keçmiş həyat yoldaşı Boris Voytexovski cümə günü Facebook səhifəsində yazıb ki, Yuliya ona zəng edib və İranın ona qarşı İsrailə casusluq ittihamı irəli sürdüyünü deyib.