Accessibility links

Tatarıstanda "Putinin məzar daşı"nı quraşdıran şəxs 28 gün müddətinə həbs edilib


Naberejnı Çelnı məhkəməsi İstintaq Komitəsinin qarşısında Rusiya prezidenti Vladimir Putinin "məzar daşını" quran yerli fəal Kərim Yamadayevi 28 gün müddətinə həbs edib.

Fəala qarşı aksiya keçirilməsi qaydalarının təkrar pozulması maddəsi ilə bağlı akt hazırlanıb. Yamadayev yanvar ayında siyasi repressiya qurbanlarının xatirəsinə abidə qurduğu üçün mühakimə olunub.

“Elə indicə məhkəmə qərarını aldım. Saxlanıldığı gün, martın 11-dən 28 gün müddətinə azadlıqdan məhrum edilib. Naberejni Çelnida olan təcridxanada saxlanılacaq”, hüquq müdafiəçisi Ruzil Minqalimov deyib.

Putinin şəkli və “1952-2019” yazısı olan "məzar daşı" İstintaq Məhkəməsinin binası qarşısında martın 10-da qurulub. Onun üzərində "Putin azad interneti dəfn edib - Naberejnı Çelnı sakinəri Putini dəfn ediblər" yazılıb.

XS
SM
MD
LG