Accessibility links

RATİ-nin mühasibi təkrarən dindirilib


Tatyana Kryuçkina
Tatyana Kryuçkina

Tatyana Kryuçkina üç saat ifadə verib

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) mühasibi Tatyana Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində üç saat şahid qismində dindirilib.

Tatyana Kryuçkina ilk dəfə avqustun 21-də şahiod qismində dindirilib.

Avqustun 25-də RATİ-nin digər əməkdaşı Əbülfət Namazov 3 saatadək Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Avqustun 14-də RATİ-nin sədr müavini Günay İsmayılova dindirilib.

Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox video kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb.

RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.

Avqustun 11-da isə prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib. Bununla da təşkilatın fəaliyyəti faktiki olaraq dayanıb.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu hələ də məlum deyil.

Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT-lərin və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.

Yerli və beynəlxalq təşkilatlar cinayət işinin siyasi xarakterli olduğunu, müstəqil yerli QHT-lərin və xarici QHT-lərin Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

XS
SM
MD
LG